Camalə Türkiyəyə dəstək verdi





Avroviziya-2016 mahnı müsabiqəsinin qalibi, Krım tatarı Camalə FETÖ-çuların 15 iyul qiyamını qınayıb.
Axar.az xəbər verir ki, müğənni 17 avqustda İstanbulda baş tutacaq konsertini demokratiya şəhidlərinə ithaf edəcəyini bildirib:
"Bu konsertimi zəlzələdə həyatını itirənlərə və Türkiyədə 15 iyulda demokratiya və insan hüquqları uğrunda mübarizə apararkən şəhid olanlara həsr edəcəm".
O, Türkiyəyə xüsusi sevgisini də diqqətə çatdırıb:
"Türkiyə mənim üçün ailəmin bir parçasıdır. Türkiyəni ana vətənim kimi qəbul edirəm. Orada bacım, qardaşım övladları yaşayır. Özümü Türkiyədə hər zaman evimdəki kimi hiss etdim”.