“İnsan affekt halındadırsa, təbii ki, ona telefon və görüntülü danışıq vasitəsilə ilkin yardım göstərmək olar. Lakin bunu ilk müayinədən sonra etmək daha yaxşı olardı”
Canlı ünsiyyət daha effektlidir
09:09 31.10.2018
Arxiv
789
Psixoloji yardımın telefon və internetlə edilməsini mütəxəssis məqbul saymır
“İnsan affekt halındadırsa, təbii ki, ona telefon və görüntülü danışıq vasitəsilə ilkin yardım göstərmək olar. Lakin bunu ilk müayinədən sonra etmək daha yaxşı olardı”
“İnsan affekt halındadırsa, təbii ki, ona telefon və görüntülü danışıq vasitəsilə ilkin yardım göstərmək olar. Lakin bunu ilk müayinədən sonra etmək daha yaxşı olardı”
"Psixoloji yardım haqqında" qanun layihəsinə əsasən ölkəmizdə telefon və internetlə də psixoloji yardımın göstərilməsinə icazə veriləcək. Qanunda psixoloji yardımın bir neçə formada həyata keçirildiyi bildirilib.
Psixoloji yardım alan şəxslə mütəxəssis arasında qarşılıqlı əlaqə bilavasitə və vasitəli (telefon, internet və digər texniki vasitələrdən istifadə etməklə) yarana bilər. Kliniki psixoloji yardımın göstərilməsi yalnız səhiyyə müəssisələrində həyata keçirilməlidir. Pasiyent psixoloji yardım göstərən müəssisəni və psixoloqu, o cümlədən yardımın növünü və onun göstərilmə şərtlərini sərbəst şəkildə seçmək hüququna malikdir.
Maraqlıdır, telefon və digər əlaqə vasitələri ilə psixoloji yardım göstərilməsi nə dərəcədə effektiv ola bilər?
Psixoloji konsultasiya zamanı canlı ünsiyyətin daha önəmli olduğunu vurğulayan psixoloq Aytən Ələkbərova "Şərq”ə bildirib ki, ilk müayinənin canlı olması vacibdir. Çünki ilk seansda pasiyentin fiziodiaqnostikası, jestləri, danışıq və oturuş tərzi onun necə xarakterə malik olduğunu göstərir:
"Pasiyentin səs tonu da vacib amillərdəndir. Canlı ünsiyyətin köməkliyi ilə psixoloji yardım almaq istəyən şəxsin xarakteri və obrazı üzə çıxır. İlk konsultasiyadan sonra isə pasiyentdə müəyyən sakitləşmələr ola bilər. Məsələn, insan affekt halındadırsa, təbii ki, ona telefon və görüntülü danışıq vasitəsilə ilkin yardım göstərmək olar.
Lakin bunu ilk müayinədən sonra etmək daha yaxşı olardı. Ona görə də birmənalı olaraq canlı ünsiyyətin daha effektiv olduğu danılmazdır.
Məsələn, dünən pasiyentlərimdən biri yorulmadan öz daxili "mən”i ilə söhbət edirdi. Amma əvvəllər biz həmin pasiyentlə telefonda müzakirələr edə bilmirdik, o, dayanmadan ağlayırdı və fikrini tam çatdıra bilmirdi.
Nəticədə isə müayinə effektiv olmurdu. Bütün bunlara görə də məhz ilk müayinənin canlı, sonrakı müayinələrin isə telefon və internetlə aparılması yaxşıdır. Ola bilər ki, xəstə özünü pis hiss etsin və həmin gün onun konsultasiya vaxtı olmasın. Bu zaman pasiyent dərhal psixoloqu ilə əlaqə saxlayıb problemini həll edə bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət