Çavuşoğlu: "Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq"
10:44 10.02.2017
Arxiv
375
"Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq".
APA-nın "112.ua” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Pavel Klimkinlə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə tam olaraq Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və siyasi vahidliyini tanıyır: "Son 25 ildə olduğu kimi, bizim məqsədimiz birgə layihələr və strateji tərəfdaşlıq yolu ilə ölkələrimizi bir-birinə yaxınlaşdırmaqdır. Bu baxımdan hər iki ölkənin stabilliyi və təhlükəsizliyi son dərəcə önəmlidir”.
Türkiyəli nazir bildirib ki, 2016-cı ildə Türkiyəyə gedən ukraynalı turistlərin sayında 50 faiz artım qeydə alınıb və Türkiyə 1 milyon 50 min ukraynalı turist qəbul edib.
P. Klimkin isə iki ölkə vətəndaşlarının daxili sənədlərlə qarşılıqlı səfərlərinə dair razılıq əldə olunduğunu açıqlayıb: "Bizdə vizasız rejim var. Lakin gələcəkdə Ukrayna və Türkiyə vətəndaşları bizim ölkələrimizi daxili pasportlarla ziyarət edə biləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət