Cəbhədə son döyüş...
20:28 27.04.2016
Arxiv
506
Ermənilər 17 əsgər itirdilər, 32 yaralı var
Ötən gecə qoşunların təmas xəttində baş verən atışmada daha 3 erməni əsgərinin yaralandığı rəsmən etiraf edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan açıqlayıb. Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti olduqca ağırdır. Erməni sosial şəbəkə istifadəçiləri isə 26-27 aprel tarixlərində Talış kəndi ətrafında baş verən və artilleriya atəşi ilə müşayiət olunan toqquşmada 17 erməni hərbçisinin öldüyünü, 32 nəfərin isə yaralandığını bildirirlər.
Qeyd edək ki, səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi 1996-cı il təvəllüdlü Ayk Minasyanın Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü təsdiqləmişdi.
Ermənistan Müdafiə Nazirliyinin 26 aprel tarixli rəsmi açıqlamasında iki muzdlu hərbçi - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyanın cəbhədə öldüyü bildirilib. Həmçinin İcevandakı hərbi hissələrdən birinin kazarmasında bir əsgərin - Ohanes Petrosyanın güllə ilə öldürüldüyü də etiraf edilib. Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin artilleriya atəşi nəticəsində mülki evlərin dağıldığını bildirib, itki olmadığını açıqlayıb. Ermənilərin itkiləri barədə MN açıqlama verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual