Cəlilabadda müəllim döyüldü - Cinayət işi başlanıb - FOTO
08:33 22.05.2019
Arxiv
956
Daxili İşlər Nazirliyi Cəlilabadda müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında bildirib ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib.
Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.
Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Bu zaman həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq əldə olunub.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayonunda müəllimin qız şagirdə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya