Ceyms Uorlik: "Bütün addımları atmağa davam edəcəyik"
11:30 07.10.2015
Arxiv
395
"Etimad tədbirləri və insanlararası münasibətlərə dair proqramlar gərginliyi azaldır və davamlı sülhə əsas yaradır”.
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Ed Roys və Eliot Engelin Dağlıq Qarabağda təmas xəttində atəşkəsin pozulması hallarının dayandırılması ilə bağlı müraciətinə cavab olaraq Ermənistanın H1 televiziyasına müsahibəsində deyib.
"Təklif olunan hər bir təşəbbüsü tərəflərin qarşısında qaldırmışıq və sülh yolu ilə həllə nail olmaq üçün bütün addımları atmağa davam edəcəyik”, - deyə C. Uorlik əlavə edib.
Diplomat Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qaldırılan sağlam düşüncəli təşəbbüsə Obama Administrasiyasının dəstəyini ifadə edib.
"ABŞ və ATƏT-in hər bir hücuma ümumi yanaşaraq tərəfləri zorakılıqdan çəkinmək çağırışları təkrar eskalasiya vəziyyətinə gətirib çıxarıb. Əvəzində bu süni tərəfsizlik siyasəti təhlükəli şəkildə gərginliyi artırır. Məsuliyyət olmasa, sülh olmayacaq”
Qeyd edək ki, Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys və nüfuzlu üzvü E.Engel səfir Ceyms Uorlikə Dağlıq Qarabağ məsələsinin təhlükəsizlik və status baxımından həll edilməsinə təkan vermək üçün məktubla müraciət edərək, Konqres üzvlərinin imzasını toplayırlar. Məktubda ABŞ və ATƏT zorakılıq aktlarına cavab olaraq uğursuz olan yanlış bərabərlik siyasətlərindən əl çəkməyə çağırılır. "ABŞ və ATƏT-in hər bir hücuma ümumi yanaşaraq tərəfləri zorakılıqdan çəkinmək çağırışları təkrar eskalasiya vəziyyətinə gətirib çıxarıb. Əvəzində bu süni tərəfsizlik siyasəti təhlükəli şəkildə gərginliyi artırır. Məsuliyyət olmasa, sülh olmayacaq”, - deyə məktubda qeyd olunub.
Məktubda qısa müddətdə həyatları qoruya biləcək və müharibədən çəkindirəcək 3 əsas maddə göstərilir: Bütün tərəflər təmas xəttindən snayperləri geri çəkmək barədə razılaşma əldə etməli, təmas xəttində hücumun mənbəyini müəyyənləşdirmək üçün ATƏT-in monitorinq, silah lokator sistemləri və səs ölçən avadanlıqları yerləşdirilməli və atəşkəs rejiminin pozulmasını daha yaxşı monitorinq etmək üçün əlavə ATƏT müşahidəçiləri müəyyənləşdirilməlidir.
Bildirilir ki, bu addımlar regionun bütün əhalisi üçün hərtərəfli və davamlı sülhə töhfə verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya