Çimərlik mövsümünə start verildi
09:25 08.06.2014
Arxiv
1037
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna Sularda Xilasetmə Məntəqəsində "Azərbaycanda 2014-cü il çimərlik mövsümü"nə start verilib.
APA-nın məlumatına görə, Fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev və nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən DSXX-nin Təbliğat-təşviqat şöbəsinin müdiri Mənsur Piriyev bildirib ki, xidmət su hövzələrində insanların təhlükəsizliyini təmin etmək üçün tabeliyində olan 400-dən artıq şəxsi heyəti və 200-ə yaxın xilasetmə texnika və avadanlıqları ilə xilasetmə işlərini ildən-ilə təkmilləşdirir, su hövzələrində baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir.
DSXX rəisi Eldar Quliyev isə çıxışında qeyd edib ki, qurum vətəndaşların həyatının qorunması üçün qarşıya qoyulmuş tələb və tapşırıqları 42 struktur bölmələrin vasitəsilə həyata keçirir. Onun sözlərinə görə, 8 il ərzində FHN tərəfindən insan həyatının sularda təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsi üçün xidmət yeni texnika və avadanlıqlarla təchiz edilib, xilasetmənin keyfiyyətli həyata keçirilməsi üçün ixtisaslı kadrlar hazırlanıb.
Sonra tədbir iştirakçılarına DSXX-nin istifadəsində olan müasir xilasetmə avadanlıqları nümayiş etdirilib, qurumun əməkdaşlarının xilasetmə əməliyyatları və təlimləri izlənilib.
DSXX-nin xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov qeyd edib ki, 2005-ci ildən 2014-cü ilin müvafiq dövrünə qədər çimərlik və qeyri-çimərlik ərazilərində 3349 nəfərin, bu il isə 13 nəfərin həyatı xilas edilib. Onun sözlərinə görə, ölkənin qeyri-çimərlik sahələrində 55 nəfər ölüb, 265 nəfərin həyatı isə xilas edilib.
M. Piriyev isə jurnalistlərə açıqlamasında deyib ki, havaların isti olması ilə əlaqədar DSXX-nin şəxsi heyəti mayın 23-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Ancaq havaların küləkli olması ilə əlaqdar dəniz mövsümünün açılışı bu gün həyata keçirildi. DSXX qış aylarında da ölkə ərazisində təbliğat, maarifçilik işləri həyata keçirib, 10 minə yaxın təbliğat və maarifçilik plakatları, lövhələri ictimaiyyətə təqdim olunub”.
M. Piriyev əlavə edib ki, son illər yerli icra orqanları ilə aparılan işlər nəticəsində artıq qeyri-çimərliklərdə də nəzarət gücləndirilib və bu ildən başlayaraq, qadağan olunmuş çimərliklərdə vətəndaşların istirahətinə nəzarət daha da gücləndiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm