Çində “Qızıl həftə”nin ilk günündə 122 milyon səyahət qeydə alınıb





Çin Xalq Respublikasının yaranması günü münasibətilə bir həftəlik bayram tətilinin ilk günündə təxminən 122 milyon nəfər səyahət edib.

AZƏRTAC Çinin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bu rəqəm ötən ilin eyni günü ilə müqayisədə 7,54 faiz çoxdur. Bayramın ilk günündə turizm sənayesinin dövriyyəsi 103 milyard yuana (15 milyard ABŞ dolları) çatıb ki, bu da müvafiq olaraq ötənilki göstəricidən 7,19 faiz çoxdur.

Bayram günlərində dəmir yolu vağzallarında, hava limanlarında və avtobus stansiyalarında sərnişin sıxlığı yaşanmağa başlayıb. Yol polisi nəqliyyatın hərəkət intensivliyinin artacağını və mümkün tıxaclar olacağını elan edib.