Çingizin “Eurovision” çıxışı: Muğam, robotlar...- Video




"Dare to Dream” ("Arzulamağa cürət et”) şüarı altında Təl-Əvivdə keçirilən "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Çingiz Mustafayev səhnəyə çıxıb.

Musavat.com xəbər verir ki, ifaçı səhnədə "Truth” mahnısını canlı ifa edərək şousunu göstərib. Səhnədə quraşdırılan üçbucaq formal, kənarları işıqlı dekorasiya və arxa fonda verilən mavi dalğa effektləri Çingizin performansını daha da rəngarəng edib. Onun ifası zamanı səhnədə qadın surəti peyda olub. Bundan əlavə, səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirib. Həmçinin, Çingizi 5 bek-vokalçı müşayiət edib. Çingiz mahnının sonunda muğam boğazları edib. Onun ifasını qonaqlar alqışlarla qarşılayıb.

Qeyd edək ki, hazırda bukmeykerlərə görə Çingiz 7-ci yerdədir. Çıxışından sonra onun finala vəsiqə qazanacağı və ön pilləyə yüksələcəyi proqnozlaşdırılır.