Cinsi güc üçün vəhşilik!

Hər il işgəncə ilə maralların buynuzundan qan çıxarırlar
Sibirdə maralların buynuzları insanların cinsi performansını artırmaq üçün kəsilir. Maralların bağlanaraq elektrik mişarla məxmər kimi görünən buynuzlarının kəsilməsi şok təsir yaradır.
Dağlarda yetişən bu maralların qanında testosteron hormonunu artırıcı xüsusiyyət olduğu üçün kəsildiyi bildirilir. Maral buynuzunun qanından alınan və alternativ tibb üçün istifadə edilən bu dərmanlar Cənubi Koreya və Asiya ölkələrinə ixrac edilir. Ayrıca maral qanının qadınlarda yaşlanmağı ertələmək üçün istifadə etdiyi bildirilir. "Təbii Viagra” olaraq görülən buynuz qanında şəfa olduğuna inanan insanlar heyvanları müxtəlif işgəncələrlə buynuzları uzandıqca kəsirlər.
Bir il sonra buynuzları uzanan heyvanlar yenidən eyni işgəncəyə məruz qalır. Rus Heyvan Qoruma səlahiyyətliləri mövzu ilə əlaqədar heyvana işgəncə edildiyini ifadə edərək tədbir görülməsini istədi. Orta Asiyada inanılan və hələ davam edən "maral qanı” əfsanəsinin daha qorxunc olanı da var. Qadınlar və gənc qızlar bu qanla duş qəbul etdiklərində faydalı və rahatlaşdırıcı olduğuna inanırlar. Cinsi gücü artırmaq üçün istifadə edilən dərmanların necə əldə edildiyini göstərən bu kadrlar şok yaradır.