“Cümhuriyyət parkı”nın salınması təklifini alimlər, ziyalılar bəyəndi
07:38 31.01.2018
Arxiv
1224
“Cümhuriyyət qurucularının hamısı bizimdir, onlara vaxtında sahib çıxmaq lazımdır”
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə sədri Rəfael Hüseynov Azərbaycanda "Cümhuriyyət parkı”nın salınmasını təklif edib. Komitə sədri bildirib ki, həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələri ucaldılmalıdır:
"Bəzən fikir irəli sürürlər ki, xarici ölkələrdən həmin insanların qəbirləri gətirilsin. Bunlar edilə də bilər, edilməyə də. Amma parkın salınması mümkündür və vacibdir. Bununla da insanlar həmin parka gedib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxsləri yad edə bilərlər”. R.Hüseynov deyib ki, gələcəkdə Azərbaycanda "Cümhuriyyət parkı” olarsa, tarixi şəxsiyyətlərin hamısını bir yerdə anmaq olar. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinin keçirilməsi qərarından sonra dövlət başçısının növbəti sərəncamına əsasən, 2018-ci il "Cümhuriyyət ili” elan edilib. Bununla bağlı olaraq ictimaiyyət nümayəndələri müxtəlif təkliflər irəli sürürlər.
Mövzu ilə bağlı "Şərq”ə fikirlərini bölüşən tarix elmləri üzrə fəlsəfə doktoru Cavid İsmayıl deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ölkəmizdə Cümhuriyyətlə bağlı təsisatların və hadisələrin yubileylərinin də əsasını qoyacaq:
"Bu il iyunun 26-da Azərbaycan Ordusunun, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından qurtuluşunun, dekabrın 7-də isə Azərbaycan parlamentinin 100 yaşı tamam olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay fəaliyyət göstərdiyini nəzərə alsaq, bu o deməkdir ki, Cümhuriyyətin 100 illik yubileyi və "Cümhuriyyət ili” 2018-ci illə məhdudlaşmayacaq. Ən azı, yaxın iki il ərzində Cümhuriyyət ideyalarının təbliği yüksək səviyyədə həyata keçiriləcək.
Deputat Rəfael Hüseynovun təklifini dəstəkləyirəm. Eyni zamanda hesab edirəm ki, AXC ilə bağlı abidə, büst, park və s. kimi rəmzlər təkcə paytaxtın deyil, Azərbaycanın bütün rayonlarında olmalıdır. Bu tədbirlərin kuliminasiyası isə ya Azadlıq meydanında Leninin heykəlinin yerində, ya da Dağüstü Parkda Kirovun heykəlinin yerində Məhəmməd Əmin Rəsulzadənin əzəmətli heykəlinin qoyulması ola bilər. Könül istərdi ki, Cümhuriyyət ilində Bakı Dövlət Universitetinə Rəsulzadənin adı qaytarılaydı və həyətindəki o qara daşın yerində də büstü ucaldılaydı. Necə ki, Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəylinin adı qaytarıldı”.
Tarixçi-alim Dilavər Əzimli də "Şərq”ə bildirib ki, ölkə başçısının verdiyi sərəncam hamının ürəyincə oldu. Alimin sözlərinə görə, bu sərəncamdan irəli gələrək Azərbaycan Cümhuriyyəti qurucularının adlarının əbədiləşdirilməsi üçün müvafiq təşkilatlar əməli iş görməlidirlər:
"Hər zaman bəyan edirik ki, bugünkü Azərbaycan Respublikası o zamankı Cümhuriyyətin varisidir. Doğrudan da elədir. Amma biz özümüz onların varisi qismində çıxış edə bilmirik. Çıxış etsəydik, indiyədək onların adlarına park salar, büstlərini ucaldar, muzeylər açardıq. Niyə ölkəmizdə Rəsulzadənin heykəli olmasın? Baxın, Gürcüstanda hələ SSRİ dövründə Jordaniya adına muzey yaradılmışdı. Düşünəndə bu adam siyasi baxımdan M.Ə.Rəsulzadə ilə müqayisə belə oluna bilməz. Artıq 27 ildir ki, müstəqilik, amma bu istiqamətdə bir addım da atmamışıq.
Cümhuriyyət qurucularının hamısı bizimdir, onlara vaxtında sahib çıxmaq lazımdır. Həmişə gecikirik, nəticəsi də millətin tarixində öz təsirini göstərir. Mən Rəfael müəllimin dilə gətirdiyi təklifi tam şəkildə müdafiə edirəm. Varislik sözdə olmur. Varislik ona sahib çıxmaqla olur. Hesab edirəm ki, bu istiqamətdə ciddi fəaliyyətə başlanmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol