Dağıntılar altında ölən fəhlə ilə bağlı FHN-dən MƏLUMAT





FHN Gəncədə bir fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə barədə məlumat yayıb.

"Sherg.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Gəncə şəhərinin Kəpəz rayonunda daş-çınqıl karxanasında torpaq sürüşməsi nəticəsində bir nəfər torpaq kütləsinin altında qalıb.
Hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. 

Görülən tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü İsmayılov İlham Rza oğlunun meyiti aşkar edilib və torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.