“Dağlara çəkilin” mesajı təbliğat xarakteri daşıyır
21:07 02.03.2017
Arxiv
723
“İŞİD-in bütün strukturları dağıdılıb, terrorçuların bir-biri ilə əlaqə yaratması demək olar ki, mümkünsüz hala gəlib”
İŞİD qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi terrorçuları geri çəkilməyə səsləyib. Bağdadi son döyüşlərdə radikal qruplaşmanın məğlub olduğunu etiraf edərək tərəfdarlarını İraqın Naynava vilayətindəki dağlıq zonada gizlənməyə çağırıb.
Britaniya ordusunun komandan müavini, general-leytenant Rupert Cons da mediaya açıqlamasında İŞİD-çilərin sürətlə qırıldığını söyləyib. General bildirib ki, terrorçu qruplaşma kütləvi itkilərin yerini doldura bilmir: "İŞİD-ə xaricdən qoşulan döyüşçülərin sayının kəskin azalması qruplaşmaya itkilərin yerini doldurmağa imkan vermir. Əgər İŞİD adından əlinizə silah götürüb günahsız insanları qırmaq istəyirsinizsə, sizi tapıb məhv edəcəyik. Harda olmağınızın fərqi yoxdur”. Rupert Cons 2017-ci ilin yanvarına qədər ümumilikdə 48 mindən artıq terrorçunun məhv edildiyini deyib.
İddialarla bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, İŞİD-in bütün strukturları dağıdılıb:
"Terrorçuların bir-biri ilə əlaqə yaratması demək olar ki, mümkünsüz hala gəlib. Artıq onlar hərbi təşkilat kimi idarə oluna bilmirlər. Bağdadinin ətrafında çox az sayda adam tapmaq olar. Xeyli İŞİD-çinin qadın paltarında qaçıb aradan çıxdıqlarının şahidi olmuşuq. Sadəcə terrorçu başı Bağdadinin öldürülməsi və ya həbs edilməsi qalıb. Onun məhv edilməsindən sonra radikal qruplaşmanın bitdiyindən danışmaq olar”.
Ekspertin fikrincə, "dağlara çəkilin” mesajı təbliğat xarakteri daşıyır: "Birincisi, dağlara çəkilmək üçün xeyli maddi vəsait və ərzaq deposu lazımdır. İkincisi isə adı çəkilən bölgədə dağlıq ərazi yox dərəcəsindədir.
Terrorçuların Talibanın yerləşdiyi ərazilərə çəkilməsi də utopiyadır. Şükürlər olsun ki, islam adına ləkə olan İŞİD sıradan çıxmaq üzrədir. Son günlərini yaşayırlar. Qruplaşma tamamilə məhv ediləndən sonra heç bir dövlət İŞİD bəhanəsi ilə "xaltura” edə bilməyəcək”. Həmçinin, İraq, Suriya və digər ölkələr ərazi bütövlüklərini qorumaq, daxildə asayişi təmin etmək imkanına sahib olacaqlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya