Dağlıq Qarabağdakı vəziyyət BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyinə salınıb




"Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və "GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyinə salınıb.
APA-nın məlumatına görə, gündəliyin hələlik son versiyası təsdiqlənməyib.
Bildirilir ki, "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə də daxil edilib.