Dağlıq Qarabağın Azərbaycanlı İcması: Erməni icması ilə konstruktiv danışıqlara hazırıq





Biz erməni icması ilə konstruktiv danışıqlara hazırıq.

"Sherg.az"ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib:

"Biz bu danışıqlara hazırıq. Azərbaycanın işğal altındakı əraziləri boşaldılmalı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının 80 min nəfər üzvü Dağlıq Qarabağa köçürülməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində biz orada Dağlıq Qarabağ erməniləri ilə birlikdə yaşamağa hazırıq. Çünki biz heç kimə düşmənçilik mövqeyi tutmuruq. Biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Ata-babalarımızın qəbirlərini ziyarətdən məhrum olsaq da, düşmənçilik etmirik. Erməni icması başa düşməlidir ki, onların xoşbəxt yaşaması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər. Əgər onlar xoşbəxt gələcək istəyirlərsə, azərbaycanlların Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır. Biz geri qayıtmağa hazırıq'".