Daha bir ailə dramı: arvadı ilə 20 günlük körpəsinin başını kəsdi




Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Prokurorluqdan həmçinin bildirilib ki, R. Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.
12: 35
Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.
Kənd sakini 37 yaşlı Məmmədova Kəmalə və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.
Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.
Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.