Ərazilərimiz geri alınmayana qədər işğalçı Ermənistan Azərbaycanı qıcıqlandıracaq aksiyalara davam edəcək
Daha təsirli addımlar atılmalıdır
20:59 20.06.2017
Arxiv
478
“Azərbaycan ərazilərinə səfər edən şəxsləri “qara siyahı”ya salmaqla işimizi bitmiş hesab etməməliyik”
Ərazilərimiz geri alınmayana qədər işğalçı Ermənistan Azərbaycanı qıcıqlandıracaq aksiyalara davam edəcək
Ərazilərimiz geri alınmayana qədər işğalçı Ermənistan Azərbaycanı qıcıqlandıracaq aksiyalara davam edəcək
Ermənistan Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində yaradılan aeroportda uçuşlarla bağlı festival keçirib. Aviasiya festivalı iyunun 17-də başlanıb. Festivalın məqsədi xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir.
Məlumata görə, yüngül motorlu təyyarələrin iştirak etdiyi festivalın stendləri Yaponiyadan tutmuş ABŞ-a qədər bir çox ölkədə nümayiş etdirilib. Festivalda Qarabağa qeyri-qanuni səfər edən əcnəbi turistlər də iştirak ediblər. Diqqətçəkən məqam isə uçuşda qondarma DQR-in "bayrağı” rəngində olan təyyarənin Amerika istehsalı olmasıdır. Uçuşlar işğal altındakı Şuşadan Xankəndi marşrutu üzrə həyata keçirilib.
Xatırladaq ki, İrəvan rejimi Xankəndi aeroportuna xarici təyyarələri qəbul etmək, eləcə də Ermənistan digər bölgələrindən bura uçuşları həyata keçirmək niyyətindədir. Lakin beynəlxalq konvensiyaya görə, Azərbaycanın işğal edilmiş ərazilərin hava məkanında uçan istənilən təyyarəni vurmaq hüququ var. Buna görə İrəvan dəfələrlə planlarını təxirə salıb. Lakin bu festivalın gələcəkdə uçuşların həyata keçirilməsinə hazırlıq olduğu da istisna deyil.
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, bu cür problemlərin səbəbi Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Politoloqun sözlərinə görə, ərazilərimiz geri alınmayana qədər işğalçı Ermənistan Azərbaycanı qıcıqlandıracaq aksiyalara davam edəcək:
"Bir sıra məsələlərə konseptual yanaşmağın vaxtı çatıb. Azərbaycan ərazilərinə səfər edən şəxsləri "qara siyahı”ya salmaqla işimizi bitmiş hesab etməməliyik. Müəyyən hallarda bunun effekti ola bilər, amma daha təsirli addımlar atılmalıdır. 2008-ci ildə parlamentə işğal edilmiş ərazilərimizin statusu ilə bağlı qanun layihəsi təklif etmişdik. Belə bir qanun layihəsi Gürcüstanda, Moldovada qəbul edilib, Ukraynada da bununla bağlı iş gedir. Layihə işğal olunmuş ərazilərin statusunu konkret müəyyən edir. Eyni zamanda qanun layihəsində hüquqi prosedurlar da nəzərə tutulur”.
E.Mirzəbəylinin fikrincə, xarici ölkə vətəndaşları və şirkətləri işğal edilmiş ərazilərimizə qanunsuz olaraq səfər edirlərsə və qondarma rejimlə iş tuturlarsa, onlara qarşı müvafiq sanksiyalar tətbiq edilməlidir:
"Bu çərçivədə Dağlıq Qarabağa göndərilən təyyarələri istehsal edən şirkətlər məsuliyyətə cəlb edilə bilər. Hökumət bizimlə əməkdaşlıq edən, müttəfiq olan xarici ölkələrə müraciət edərək Qarabağda gözü olan şirkətlərin cəzalandırılmasını istəyər. İstehsalçı şirkətlərin məhsulları Azərbaycan bazarına buraxılmaz. Həmçinin, sərhədlərimizi qanunsuz pozan şəxslərlə bağlı məhkəmə qərarları çıxarıla, onların ölkəmizə gətirilməsi istiqamətində müvafiq addımlar atıla bilər. Nəzərə çatdırım ki, İsraildə buna bənzər prosedur tətbiq edilir. İsrailin maraqlarına zidd fəaliyyət göstərən şəxs və qurumlara qarşı müvafiq məhkəmə qərarları çıxarılır. Hesab edirəm ki, bu cür çəkindirici faktorlarla nəyəsə nail olmaq mümkündür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil