Dayanacaqlar taksilərin “işğalından” xilas ediləcəkmi? – RƏSMİ
12:22 17.09.2019
Arxiv
568
Məlumdur ki, paytaxtın mərkəzi ərazilərinin əksəriyyətindəki dayanacaqlarda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları xidmət aparır. Onlar avtobus dayanacaqlarında taksi və digər şəxsi minik avtomobili saxlayan sürücülərə 40 manat cərimə tətbiq edirlər. Ancaq təəssüf ki, avtobus dayanacaqlarında problemlər hələ də qalmaqdadır.
Məsələn, müşahidələrimizə görə, “Sahil” metro stansiyasının yaxınlığındakı və Kukla teatrı ilə üzbəüz dayanacaqları, xüsusilə axşam saatlarında taksi sürücüləri zəbt edirlər.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Lent.az -a dayanacaqlara agentlik əməkdaşlarının nəzarət etməsini müsbət hal kimi dəyərləndirməyib. Onun fikrincə, ilk növbədə həmin əməkdaşların işə götürülməsi lazımdır:
“Əslində yaxşı olardı ki, bizim və yollara nəzarət edən digər qurumların da əməkdaşları olmadan sürücülər qaydalara əməl edəydilər. Bunu çox arzulayırıq. Əlbəttə, hər bir dayanacağa bir əməkdaşın nəzarət etməsi nə düzgün, nə də mümkün deyil. Hər şeydən əvvəl bunun üçün əməkdaş işə götrürülməlidir.
Hazırda qanunsuz parklanma ilə bağlı tədbirlər həm kameralar, həm də xidmətdə olan əməkdaşların planşeti vasitəsilə həyata keçirilir. Avtobus dayanacaqlarının ərazisi yalnız ictimai nəqliyyat üçündür.
Dayanacaqların əksəriyyətinin yanında taksilər üçün də yerlər var. Lakin apardığımız müşahidə nəticəsində məlum olub ki, avtobus dayanacaqlarında maşın saxlayan sürücülərin əksəriyyəti qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlardır. Bəzi hallarda şəxsi avtomobili olan sürücülər də maşını gətirib avtobus dayanacağında saxlayırlar. Bütün bunların hamısı sürücü peşəkarlığı və mədəniyyətindən irəli gəlir”.
BNA sözçüsünün dediklərindən belə nəticəyə gəlmək olur ki, bəzi avtobus dayanacaqlarında müşahidə olunan problem yaxın zamanda həllini tapmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə