Dəhşətli qəzada ölən gənclər deputatın yaxın qohumlarıdır




Ötən gecə Ələtdə baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, qəzada ölən gənclərin üçü də ali təhsilli olub. Hərbi xidməti başa vurub Bakıya gələrkən düşdüyü qəzada ölən 22 yaşlı Həsən Həsənov UNEC-i bitiribmiş. Dəhşətli qəzada ölən Üzeyir və Rövşən Hacızadə qardaşları da həmin universitetin məzunu olub.
Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada ölən qardaşlar İqtisad Universitetinin sabiq rektoru, millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.
Həlak olan 1992- ci təvəllüdlü Rövşən Hacızadə ailəli olub. Onun 1 aylıq körpəsi var.
Qəzada ölən gənclərin bəzi fotolarını təqdim edirik.