Dəniz qana boyandı: Uşaqlardan ibarət ovçular balinaları bıçaq yağışına tutdular

Şimal Atlantik dənizində Danimarkaya aid Faroe adalarında 300 ildir gerçəkləşdirilən balina qətliamı Avropa da daxil olmaqla dünyanın bir çox ölkələri tərəfindən reaksiya yaratsa da, bu il də eyni hadisə yaşandı. İştirakçılar tərəfindən balinaları vəhşicəsinə məhv etdilər. (milliyyət. com.)
Faroe adaları bu həftə böyük bir barbarlığın yaşandığı "balina ovu"na səhnə oldu. 300 ildir davam edən ənənə yenə pozulmadı. Onlarla balina qətlə yetirildi. Dənizdə sanki su deyil, qan axırmış kimi bir mənzərə yarandı. Hətta bir xeyli uşaqlardan ibarət qana susamış ovçular balinaları bıçaq yağışına tutdular. Qaçacaq yeri olmayan onlarla balina faciəvi şəkildə can verdi. Bir çox Avropa ölkəsi də  daxil olmaqla dünya bu vəhşiliyə reaksiya yağdırdı. Danimarkadakı aktivistlər qanuni olan bu hərəkətə qarşı məhkəməyə getməyə hazırlaşır. 300 il tarixi olan balina ovunda bu illə birlikdə 838 balinananın öldürüldüyü bildirilir.