"Dəniz qızı" həkimləri belə şok etdi (fotolar)

Hindistanda bir körpə "dəniz qızı" kimi qıçları bir-birinə yapışmış halda dünyaya gəlib. Körpənin əl barmaqlarının da eynilə bir-birinə bitişik halda olduğu məlum olub.
"India Times"in xəbərinə görə, 22 yaşlı ana, dünya tibb tarixində çox nadir halda  rast gəlinən bir körpə doğub.
Körpə "sirenomelia", ya da "dəniz qızı sindromu" adı verilən bir anormallıqla doğulub. Qıçları bir-birinə bitişik olan və cinsiyyəti məlum olmayan körpə, doğuşdan sonra yalnız 10 dəqiqə yaşayıb. Həkimlər körpənin əl barmaqlarının da eynilə balığın quyruq uzgəcləri kimi bir-birinə bitişik olmasının daha diqqət çəkici olduğunu bildirib.
Həkimlər körpənin bədəninin üst hissəsinin normal funksiyalara sahib oluğunu, aşağı hissəsinin isə inkişafdan qaldığını qeyd edib.
Tibb tarixinə keçən Hindistandakı "sirenomelia" hadisəsi, eyni zamanda "dəniz qızı" xəstəliyi kimi  də tanınır.
Bu xəstələrdə cinsi orqan görünmür. Əksəriyyətində sidik kisəsi inkişaf etmor, böyrək sistemi çalışa bilmir. Bu səbəblə körpələr doğumdan qısa bir müddət sonra ölürlər.
Ancaq dünyada "dəniz qızı" sindromu ilə doğulub, qıçları əməliyyatla ayrılaraq yaşayan iki nəfərin olduğu məlumdur.