Dənizçi iki aydan sonra sağ olaraq, xilas edilib






Kolumbiyadan olan dənizçi Sakit okean sularında iki ay üzdükdən sonra Havay adalarının cənub-şərq sularında xilas edilib.

Musavat.com "Associated Press”ə istinadən xəbər verir ki, bu barədə məlumatı amerikanın sahil gözətçiləri verib. Xəbər verilir ki, dənizçinin qayığı gəmi nəqliyyatının intensiv olmayan hissəsində xarab olduğu üçün onun yerini tez müəyyən etmək mümkün olmayıb. Kolumbiyalı isə qağayı və balıqla qidalandığı üçün sağ qala bilib.

Bildirilir ki, dənizçi Havay adalarından 3.2 min kilometr cənub-şərqdə bir ticarət gəmisi tərəfindən xilas edilib.

Dənizçinin sözlərinə görə, onların üzdüyü qayığın motorunda problem olub. Sonradan məlum olub ki, qayıqda daha üç nəfər olub. Onlar dənizdə həlak olub. Həlak olanların meyitləri isə hələ də tapılmayıb.