Deputat: "Ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etməyə qadirdir"
11:45 03.04.2019
Arxiv
505
"Aprel döyüşləri düşmən üzərində üstünlüyümüzün nümayiş olunması baxımından hərbi-strateji və tarixi əhəmiyyətə malikdir”.
Bu sözləri "Sherg.az” açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, aprel döyüşləri mühüm tarixi əhəmiyyətə malikdir:
"Tarix boyu yaddaşda qalan bir neçə müharibələrin gedişatına nəzər salsaq görərik ki, həmin müharibələrdə bir dönüş nöqtəsi olub. Məsələn, ikinci dünya müharibəsi dövründə faşist almaniyası Stalinqrada çatmışdı. Çox məşhur Stalinqrad döyüşü bir dönüş nöqtəsi idi. Bundan sonra sovet qoşunları təşəbbüsü ələ götürdü və tədricən torpaqlar işğaldan azad olunmağa başladı. Aprel döyüşləri də işğalçılardan təşəbbüsün alınması baxımından tarixi əhəmiyyətə malikdir. Azərbaycan ordusu və əsgəri nəyə qadir olduğunu, gücünü göstərdi. Bunu düşmənlərimiz də, dostlarımız da gördü. Hər kəsə başa düşdü ki, Azərbaycan ordusu zəif olanda düşmənlər pusquda durub tülkü kimi fürsətdən istifadə edərək torpaqlarımızı işğal ediblər. Artıq o dövr deyil. Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı da işğaldan azad etməyə qadirdir. Məlumdur ki, məhz aprel döyüşlərindən sonra düşmən dövlətdə nələr baş verdi. Onlardan nə qədər həbs olunanlar, işdən qovulanlar oldu. Bunların hamısında aprel döyüşlərinin mühüm əhəmiyyəti var. Düzdür, itkilərimiz də oldu, amma, bu təbiidir. Əgər biz torpağımızı qorumaq istəyiriksə, əlbəttə itkiləri də qəbul etməliyik. Heç bir mühraibə itkisiz olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin qanını yerdə qoymamaq, onların qisasını almaq üçün aprel döyüşlərindən başlayan qələbələrimizi davam etdirməliyik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi