Deputatdan ETİRAZ: "Lapşinin hansısa xarici ölkəyə verilməsi doğru deyil"

"Aleksandr Lapşinin Rusiyaya verilməsi məhkəmə qərarından sonra reallaşa bilər”.
Bu sözləri Sherg.az-a A.Lapşinin İsrailə təhvil verilməsinə dair müraciətdən danışarkən  millət vəkili Fazil Mustafa deyib. 
O bildirib ki, cəzasının sübuta yetirilməsi və azadlıqdan məhrum edilməsindən sonra onun şikayətinə baxıla bilər:
"A.Lapşinin hansısa xarici ölkəyə verilməsi indiki halda doğru deyil. Çünki məhkəmə prosesi davam edir və hüquq sistemində indiki halda bu yolverilməzdir. Sadəcə gözləmək lazımdır ki, proseslər yekunlaşsın. Məhkəmə qərarı təsdiq edildikdən sonra məsələyə münasibət bildiriləcək”.
Qeyd edək ki, A.Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 318.2 (sərhədi qanunsuz keçmək) maddəsi üzrə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, barəsində olan məhkəmə hökmündən apelyasiya şikayəti verməkdən imtina edib.
Aysel Aslan