Deputatdan etiraz: “Zaur siqareti yandırır, Təhminə də ardınca birini yandırır”





Milli Məclisin bu gün keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi keçirilir. 

Sherg.az bildirir ki, müzakirə zamanı deputat Fazil Mustafa qanunun önəmli olduğunu söyləyib: 

"Amma burada idman komplekslərinin həyətində siqaret çəkənlərlə bağlı konkret maddə yoxdur. Həmçinin Türkiyə filmlərinə baxaq. Orada siqaretlə bağlı səhnələrdə məhdudiyyətlər qoyulur. Azərbaycan filmlərinə baxırsan, Zaur siqareti yandırır, Təhminə də ardınca birini yandırır”.
Spiker Oqtay Əsədov isə "siqaret çəkənlərin də hüquqları var” deyə, reaksiya verib.

Anar