Deputatdan iddia: "Lavrov Azərbaycan torpaqlarının işğalını etiraf edir, amma..."




"Rusiya Azərbaycan torpaqlarının işğal olunduğunu boynuna aldığına görə, zəhmət çəkib işğalçını ərazilərimzdən çıxarmalıdır ”.

Bu sözləri Sherg.az-a Rusiya xarici işlər naziri Sergey Lavrovun "Aprel hadisələri dərin narahatlıq yaradır" mesajına münasibət bildirərkən millət vəkili Araz Əlizadə deyib. 

S. Lavrovun bəyanatlarını şəxsən dinlədiyini deyən deputat bildirib ki, 1994-cü il imzalanan Bişkek protokoluna görə, atəşkəsin qarantı Rusiyadır:

"S. Lavrov deyir ki, aprel hadisələri göstərdi ki, Rusiya öz üzərinə götürdüyü borcu yerinə yetirdi və müharibələrin alovlanmasına imkan vermədi. Ona görə, onlar prezident İlham Əliyevlə danışıb, müharibəni dayandıra bildilər. Bu o deməkdir ki, aprel savaşı zamanı vəzifələrini yerinə yetirdilər”.

İnsidentlərin idarə edilməsində ATƏT-in həmsədrləri daxilində konsensus olmadığını iddia edən A. Əlizadənin sözlərinə görə, təşkilat daxilində münaqişənin sülh yolu ilə bərqərar olunmasına çətinliklər yaradan var:

"Amma nazir "işğal olunmuş torpaqlar azad edilməlidir, lakin müharibəsiz” – deyə fikir səsləndirdi. Əslində Rusiyanın torpaqları işğal olunmuş adlandırması yaxşı haldır, lakin Rusiyanın müharibəyə imkan verməməyi pisdir".

Aysel Aslan