Deputatdan münaqişəyə dair proqnoz: "25 ildir davam edən vəziyyət bundan sonra da qalacaq ! ”





"Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamalarının arxasında o dayanır ki, danışıqların nəticəsi olmayıb”.

Bunu "Sherg.az”a S.Lavrovun "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək” fikirlərini şərh edərkən millət vəkili Asim Mollazadə deyib. 

O vurğulayıb ki, Rusiyanın əsas məqsədi münaqişəni dondurub, mövcud vəziyyəti saxlamaqdır:

"Çünki münaqişənin həlli üçün imkan verilmir. Bəzi qüvvələrin Dağlıq Qarabağ münaqişəsini həll etməyə imkanı yoxdur, bəziləri isə bunu istəmir. Nəticədə Rusiya XİN rəhbərinin açıqlaması sübut edir ki, 25 ildir davam edən vəziyyət bundan sonra da qalacaq”.

Qeyd edək ki, Rusiya XİN başçısının sözlərinə görə, kollektiv yanaşma tərəflərin qəbul etdiyi, amma praktik addımlara yönləndirilməmiş nizamlama prinsiplərini əks etdirir:
"Bu, sadə iş deyil, amma biz bununla məşğul olmağı davam etdiririk”.

Aysel Aslan