Deputatdan şok açıqlama: " 100 milyonlarla insan fəlakətlə üzləşə bilər"




"Azərbaycan "Metsamor” AES məsləsini beynəlxalq qurumların gündəliyində saxlayır". 

Bunu Sherg.az-a Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun " Azərbaycan "Metsamor” AES-lə bağlı vəziyyətdən narahatdır" bəyanatını dəyərləndirərkən millət vəkili Elman Məmmədov deyib. 

Onun sözlərinə görə, ölkəmiz BMT-dən başalayaraq, bütün təşkilatlar qarşısında məsələ qaldırıb:

" Bu, çox ciddi məsələdir. Mənə elə gəlir ki, Ermənistanın özü daha çox narahat olmalıdır. Burada bir hadisə baş verərsə, ən çox ziyanı o mənfurların özü görəcək. Çünki stansiya onların ərazisidəndir. Təbii ki, region dövlətləri - Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Rusiyanın da özü ziyan görəcək. "Metsamor" təhlükə mənbəyidir. İstismar müddətini çoxdan başa vuran , qəzalı vəziyyətdə olan "Metsamor" seysmik cəhətdən fəal olan bir ərazidə yerləşir. 

Azərbaycan daim həyacan təbili çalır. Bu məsələni beynəlxalq təşkilatların qarşısında qaldırır. Təssüf ki, həmin qurumlar Ermənistanın xətrinə dəymir. Amma Ermənistan düşünmür ki, bu proses onları fəlakətə aparır. Metsamorun fəaliyyətinin dayandırılması üçün beynəlxalq səviyyədə qətiyyətli tədbirlər görülməlidir. Əks halda 100 milyonlarla insan fəlakətlə üzləşə bilər".

Ayyət Əhməd