"Deputatların Qarabağa səfəri Meksika hökumətinin mövqeyi deyil" - Səfir
11:37 26.10.2017
Arxiv
406
"Meksikalı diplomatların Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfəri Meksika hökumətinin Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyini əks etdirmir”.
Bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores APA-ya açıqlamasında deyib. O bildirib ki, Meksika hökuməti bu barədə səfərdən sonra xəbər tutub: "Meksika artıq uzun zamandır sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Meksika hökumətinin mövqeyi bu baxımdan tam aydındır. Biz Azərbaycan və Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə münaqişənin həll olunmasına çağırırıq. Meksika hökuməti bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir. BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra olunmasının tərəfdarıyıq. Bu qətnamələr özlərində münaqişə zonasında atəşkəsə riayət olunmasını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti əks etdirir və biz də bunun tərəfindəyik”.
Səfir qeyd edib ki, Meksika hökuməti deputatların qanunsuz səfəri ilə bağlı məsələləri nəzarətə götürüb və araşdıracaq.
Qeyd edək ki, deputatlar Blanka Marqarita Kuata Dominges, Maria Kristina Teresa Garsia Bravo və Karlos Ernandes Miro Xankəndində separatçı rejimin "parlament sədri" Aşot Qulyanla görüşüblər. Onları səfərdə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov müşayət edib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, həmin şəxslərin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılır. Məsələ ilə bağlı Azərbaycanın Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya