Dərhal geri verin: Əhmedinejad Obamaya "Salamın Əleykum" deyə məktub yazdı




İran keçmiş prezidenti Mahmud Əhmedinejad, ABŞ dövlət başçısı Barak Obamaya bir məktub yazaraq, ABŞ-ın əl qoyduğu təxminən 2 milyard dollar dəyərindəki İranın mülkiyyətinin geri verilməsini istədi.
Əhmedinejad, "Salamın Əleykum" deyə başlayan məktubunda, "Mərhəmətli bir şəkildə sizə nəsihət verirəm, bu qara ləkənin iki ölkə tarixində sizin adınıza yazılmasına icazə verməyin" deyə müraciət edib.

ABŞ-ın İrandakı mənfəətlərini qoruyan Tehrandakı İsveçrə səfirliyinə mesaj məktubunda, Əhmedinejad Obamadan İranın əl qoyulan mülkiyyətinin "dərhal" və "tam olaraq" geri verilməsini, ayrıca dəyən zərərin də kompensasiya edilməsini tələb etdi.

Məktubunun siyasi bir ölçü daşımadığını söyləyən Əhmedinejad, yazısının sonunda isə özünü "İran millətinin xidmətçisi" kimi dəyərləndirərək daha əvvəlki mövqelərinə toxunmadı. 
Qeyd edək ki, ABŞ Yüksək Məhkəməsi, müxtəlif terror hücumlarında həyatını itirənlərin ailələrinə ödənməsi üçün aprel ayında İranın ABŞ-dakı təxminən 2 milyard dollar dəyərindəki mülkiyyətinə həbs qoymuşdu. Hadisədən aylar keçməsinə baxmayaraq Əhmedinejadın mövzu ilə bağlı indi reaksiya göstərməsi ölkədə müzakirə mövzusu oldu.
Əhmedinejadı tənqid edənlər, bunun önümüzdəki prezident seçkiləri üçün bir seçki təbliğatı olduğunu iddia edir.