Dərmanlar kəskin ucuzlaşacaq
18:58 06.10.2015
Arxiv
694
Rusiya şirkətləri Azərbaycanda dərman istehsalı üzrə nəhəng layihə nəzərdə tutub
Azərbaycan özü dərman istehsal edəcək. Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində səsləndirilən fikirlər bunu deməyə əsas verir.
Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev forumda çıxışı zamanı bildirib ki, Sankt-Peterburq Azərbaycanda əczaçılıq klasterinin yaradılması üçün bu sahədə birgə investisiyalar və kömək məsələsində əməkdaşlıq etməyə hazırdır.
Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Tsıb da Azərbaycanla Rusiya arasındakı əməkdaşlıqdan danışaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıqda məqsəd təkcə dərmanların Rusiyadan idxalı məsələsi deyil. "Azərbaycan və Rusiya müştərək müəssisələrin yaradılması üçün çalışmalıdır. Bunlar xüsusilə Rusiya dərmanlarının Azərbaycan ərazisində istehsalı ilə məşğul olan müəssisələr olmalıdır”.
İqtisadçı Vüqar Bayramovun fikrincə, Rusiyanın Azərbaycana marağının bir neçə səbəbi var. Bunlardan biri də ölkəmizdə dərman istehsalı üçün kifayət qədər münbit xammal ehtiyatının olmasıdır. "Praktiki olaraq, Azərbaycanda dərman istehsalı təşkil ediləndə xammal baxımından təminatda hər hansı çətinlik olmayacaq”, - deyən ekspert əlavə edib ki, dərman istehsalında istifadə edilən bir çox növ bitkilər, yod kimi təbii maddələr Azərbaycanda mövcuddur. "Ölkədəki iqlim şəraiti buna imkan yaradır”.
Şübhəsiz ki, əgər dərman preparatları Azərbaycanda istehsal edilərsə, bu, satılan dərmanların qiymətinə də təsir etməlidir; yerli xammal hesabına istehsal edilən dərmanların qiyməti də mövcud qiymətlərdən ucuz olmalıdır.
"Dərman istehsalı birmənalı şəkildə qiymətlərin tənzimlənməsinə və aşağı düşməsinə səbəb olacaq. Azərbaycan bazara yerli dərman məhsullarını çıxarmaqla daha ucuz qiymətə dərmanlar təklif edə biləcək. (anspress) İlkin qiymətləndirmə onu göstərir ki, əgər Azərbaycanda əsas dərman məhsulları üzrə istehsal təşkil olunarsa, bu, həmin məhsulların qiymətinin orta hesabla 30 faiz ucuzlaşmasına gətirib çıxaracaq”, - deyən Vüqar Bayramov dərman bazarında yeni ucuzlaşma dalğasının müşahidə ediləcəyini vurğulayıb.
Eyni zamanda, Azərbaycanda dərman bazarı kifayət qədər genişdir. Bu isə ölkənin dərman satışından yüksək mənfəət əldə etməsinə imkan yaradır. Bundan başqa, bu həm də ölkəmizə investisiya qoyuluşu, yeni iş yerlərinin açılması, bazara daha keyfiyyətli dərman məhsullarının çıxarılması deməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya