DGK: Bəzi gömrük məmurları korrupsiya hallarında iştirak edirlər
08:20 28.09.2018
Arxiv
595
"Kiçik ticarətlə məşğul olan Azərbaycan vətəndaşları var ki, onlar icazə verilən həcmdən artıq və yaxud qanunla keçirilməsi icazə verilməyən malların sərhəddən keçirilməsinə cəhd edirlər”.
"Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov Qusarda komitəin jurnalistlər üçün təşkil etdiyi "Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.
"Sərhədyanı zonalarda yaşayan bəzi insanlar gəlir əldə etmək məqsədi ilə tez-tez qonşu ölkələrə keçib qayıdırlar. Maraqlı isə budur ki, onlar Gürcüstan və Rusiya sərhədinə keçən kimi növbəyə dayanır və öz sırasını gözləyir, lakin Azərbaycan tərəfə keçən kimi hay-küy salmağa başlayır, gömrük işçilərini təhqir edir, növbədən kənar keçmək istəyirlər", - o qeyd edib.
A.Süleymanovun sözlərinə görə, bunun bir çox səbəbləri var: "Səbəblərdən biri bəzi gömrük məmurlarının korrupsiya hallarında iştirakıdır. Elə bu yaxınlarda bildiyiniz kimi korrupsiyaya yol verən gömrük məmuru barəsində cənab sədrin göstərişi ilə müvafiq tədbirlər görüldü. Gömrük əməkdaşları bəzən həmin vətəndaşlarla sövdələşməyə gedir. Rüşvət alan gömrük məmurunun davranışı gələcəkdə həmin vətəndaşa əsas verir ki, qanunu pozsun. Belə olan halda cəzasızlıq mühiti yaranır. Mətbuatdan da, cəmiyyətdən də istəyimiz odur ki, hadisələri obyektiv işıqlandırın və bizə dəstək verin”.
A.Suleymanov onu da bildirib ki, bəzi sərhəd rayonlarında kiçik ticarətlə məşğul olan insanlar sərhəddən siqaret və spirtli içkilər keçirilər: "Onlar insanların ağır yükünü alaraq özləri aparır. Əvəzində sərhəddi keçən insanlara bir blok siqaret və yaxud bir butulka spirtli içki verirlər. Onlara deyirlər ki, gömrüyün o başında sənden bu siqareti alacaqlar. Təbii ki, biz bu cür halları bilirik. Bütün bunlar bizə məlumdur. Ancaq hazırda bunun qarşısını qanunla almaq mümkün deyil. Bununla bağlı hər hansı cəza tədbirləri yoxdur. Bu cür insanlara qarşı hər hansı cəza tədbiri həyata keirmək mümkün deyil. Biz mətbuatı belə halları aşkar etdikdə bunu qabartmağı və bizə ictimai nəzarətdə kömək etmələrini istərdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol