Restoran Hikmət Cavadovun özünə məxsusdur
Diasporu sədrinin maşını yandırıldı (FOTO)
15:15 05.12.2013
Arxiv
1171
Hadisə Ukraynada "Köhnə Bakı" restoranının avtomobil dayanacağında törədilib
Restoran Hikmət Cavadovun özünə məxsusdur
Restoran Hikmət Cavadovun özünə məxsusdur
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrinin maşını yandırılıb. Bu barədə məlumatı ANS PRESS-ə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov verib. Onun sözlərinə görə, ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər avtomobilinə od vurublar. Yanğını vaxtında söndürməklə partlayışın qarşısını almaq mümkün olub. Yanğın söndürüldükdən sonra məlum olub ki, avtomobilin üst, ön və arxa hissəsinə, şüşələrinə benzin tökülüb.
Yanğın Hikmət Cavadova məxsus "Köhnə Bakı" restoranın avtomobil dayanacağında törədilib. Konqres sədri hadisənin ancaq tutduğu vəzifə ilə əlaqədar ola biləcəyini deyib:
Hadisə H.Cavadov restorana gələndən yarım saat sonra törədilib. Şahidlərin sözlərinə görə, maşın bir anda alov topuna dönüb. İlk olaraq restoranın işçiləri alova müdaxilə ediblər.
H.Cavadov bir il bundan əvvəl uzun sürən mübarizə nəticəsində diaspor rəhbəri vəzifəsinə seçilib və bu müddət ərzində təşkilatda çox dəyişikliklər edib. Diaspora rəhbəri şəxsi biznesi ilə bağlı heç kimlə ədavətinin olmadığını bildirib.
Qeyd edək ki, Hikmət Cavadov Ukraynanın Milli Elmlər Akademiyasının "Dövlət və hüquq” institutunun elmi işçisi, hüquq elmləri namizədidir.
Fakta əsasən Ukrayna DİN-də cinayət işi açılıb, əməliyyat qrupu yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya