Dilçi alimdən alınma sözlərin dilimizdəki qarşılığına etiraz:"Yamaq kimi alınır"
14:52 26.10.2017
Arxiv
1173
Fəxrəddin Veysəlli: "Terminologiya Komissiyasında işləyənlərin demək olar ki, heç biri xarici dilləri bilmir. Ona görə, müəyyənləşdirdikləri terminlərin qarşılıqları uydurma görünür"
"Terminləri rus dilindən tərcümə edirlər, lüğətə baxıb, təsdiq edirlər”.
Bunu "Sherg.az”a bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığının müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənməsindən danışarkən filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli deyib.
O bildirib ki, bu terminlərin qarşılığını müəyyənləşdirən şəxslər xarici dilləri bilmir:
"Ona görə, qarışıqlıq yaranır. Alınma terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirmək üçün dərin bilikli mütəxəssislər işləməlidir. Kor-koranə bu prosesi həyata keçirdikdə yamaq kimi alınır. Sözün özünün məna yükü var. Bunu dərk etmək lazımdır ki, başqa millətlər həmin terminləri necə işlədir. Mütəxəssislərin dil bilgisi bu prosesdə mütləq nəzərə alınmalıdır.
Terminologiya Komissiyasında işləyənlərin demək olar ki, heç biri xarici dilləri bilmir. Ona görə, müəyyənləşdirdikləri terminlərin qarşılıqları uydurma görünür.
Sözün mənasını başa düşüb, necə işlənməsini müəyyənləşdirmək lazımdır. Belə terminlər dilimizə başqa dillər vasitəsilə keçib. Məsələn, evakuasiya sözü rus dili vasitəsilə keçib, mütəxəssislər də rus lüğətlərinə baxırlar.
Həmin sözün mənası götürüb aparmaq, uzaqlaşdırmaq, təmizləmək kimi tərcümə olunur. Amma Azərbaycan dilinə bunu uyğunlaşdırıb, tərtib etmək lazımdır. Ola bilər ki, fransız dilində olan bir termin Azərbaycan dilində iki sözə uyğun olsun. Bu, təbiidir”.
Qeyd edək ki, "zaryadka” – "yükləmə”, "adapter” – "yükləyici”, "embarqo” – "qadağa”, "evakuasiya” – "köçürülmə”, "proqnoz” –"öncəgörmə”, "konsensus” – "yekdillik”, "kserokopiya” – "üzçıxarma”, "like” – "bəyənmə”, "mesaj” – "ismarıc” kimi təsdiqlənib.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya