Dilçilik İnstitutu: “Reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirakı mütləqdir”
11:44 09.01.2019
Arxiv
509
"Reklam hazırlayanlar dilçi mütəxəssis deyillər. Bu səbəbdən də reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirak etməsi mütləqdir”.
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı Rasim Heydərov deyib.
O bildirib ki, reklam hazırlamaq üçün müxtəlif sahələrdən şəxslər dəvət olunur: "Həmin mütəxəssislərin isə çoxu Azərbaycan dilini, onun qayda-qanunlarını yaxşı bilmirlər. Hətta bəziləri rus dilli, bəziləri xaricdə təhsil almış olur. Reklam işi aparan qurumlarda dilçi ştatının olması şərtdir”.
Dilçi bildirib ki, son illər reklamların dilində müsbətə doğru dəyişikliklər nəzərə çarpır: "Xüsusən də Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Reklam Agentliyi yarandıqdan sonra bu sahəyə diqqət artıb”.
R.Heydərov qeyd edib ki, Dövlət Reklam Agentliyi yaradılmamışdan əvvəl küçə reklamlarının dili ilə bağlı Dilçilik İnstitutu bir neçə monitorinq aparıb: "Agentlik yaranandan sonra İnstitut monitorinqləri dayandırıb”.
Onun sözlərinə görə, küçə reklamlarında ən çox aşkarlanan səhvlər yazıların əcnəbi dildə olmasıdır: "Əlifbanın və yazının əcnəbi dildə olması böyük problemdir. Şəhərin mərkəzinə doğru getdikcə isə reklamların dili ilə bağlı problemlər daha da ciddiləşir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm