Direktorun "haqq"ını ver, dərsə getmə, amma əlaçı ol.. - Azərbaycanda
14:07 02.03.2017
Arxiv
1160
"Belə halların yığışdırılması üçün ali məktəblərə qəbul sistemində dəyişiklik edilməsi vacibdir".
Bunu Sherg.az-a bəzi məktəb direktorların şagirdlərin valideynlərindən "haqq" alıb, övladının dərsə gəlməməsi müqabilində ona qayıb, əvəzi iştirak edir yazdırması mələsindən danışarkən sabiq təhsil naziri Firuddin Cəlilov deyib.
O, bildirib ki, "Repetitor yanına gedirəm" deyib, məktəb fənlərini kənara qoymaq düzgün deyil:
"Uşaqlar bununla ancaq öz qrupundakı fənlərdən bilik əldə edir, yerdə qalanlardan xəbəri olmur. Məktəb isə şagirdi hərtərəfli hazırlayır. Yəni şagird məktəbdə vətəndaş kimi yetişməlidir. Məktəb proqramından xəbəri olmalıdır ki, hər sahədə biliyi olsun. Uşağı ayırıb, ancaq lazım olan fənlərdən hazırlaşdırmaq onu korlayır. Abituriyent hazırlaşdığı fənlərdən yaxşı oxusa ali məktəbə daxil olacaq, lakin orada yaxşı oxuya bilməyəcək. Çünki onun ümumtəhsil bazası yoxdur. Bu məsələnin axsayan tərəfləri olduğuna görə sistem dəyişməlidir. Test imtahanlarını elə etmək lazımdır ki, 4-5 fənni deyil, başqa fənləri də əhatə etsin. Bununla valideynlər maraqlı olsun ki, uşağını məktəbdən ayırmasın”.
Direktorların rüşvətə yol verməsinin qarşısını inzibati yolla almağın mümkün olmadığını deyən F. Cəlilov əlavə edib ki, bu hadisələri yalnız sistemi dəyişməklə,öz içərisindən tənzimləmək olar".
Qeyd edək ki, son zamanlar bəzi məktəb direktorları şagirdlərin valideynlərindən rüşvət alıb, onun övladının dərslərdə iştirak etməməsinə göz yumması halı çoxalıb. Hətta direktor həmin rüşvət müqabilində şagirdə iştirak edir yazdırmaqla yanaşı, ona əla qiymətlər yazır.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya