Dövlət Baxçalı gücləndi
22:35 09.09.2016
Arxiv
472
Meral Akşener isə ittihamları qəbul etmir, məhkəməyə gedəcək
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının tanınmış simalarından olan Meral Akşener partiyadan xaric edilib. Qərar partiyanın Mərkəzi Təftiş Komissiyasının iclası çərçivəsində verilib. Xatırladaq ki, Meral Akşener vaxtı ilə Türkiyənin daxili işlər naziri vəzifəsində çalışıb və MHP-nin idarəçiliyində mühüm postlar tutub.
"Xaos yaradıb MHP-ni bölmək istədi...”
Partiyadan verilən açıqlamaya görə, rəhbərliyə müxalif olan Meral Akşener "MHP-ni bölmək” iddiası ilə qurumdan uzaqlaşdırılıb. Qərardan narazı qalan Akşener isə partiyaya geri dönmək üçün məhkəməyə gedəcəyini bildirib. Əslində Akşener və digər narazı millətçilərin MHP-dən uzaqlaşdırılması məsələsi daha əvvəldən gündəmə gəlib. Lakin partiya sədri Dövlət Baxçalının "qurultay ərəfəsində kimisə təşkilatdan xaric edib qəhrəman etməyin” təlimatına əsasən Təftiş Komissiyası bir müddət gözləməyi uyğun görüb. Lakin görünən odur ki, artıq Baxçalı müxaliflərə səbr edə bilmir.
Akşenerə 57 ittiham irəli sürülüb
MHP-də rəhbər vəzifələrdə təmsil olunan Meral Akşenerə ayrı-ayrılıqda 57 ittiham yönləndirilib. Bir müddət əvvəl Akşener televiziya kanalında partiya rəhbərliyinə qarşı sərt ifadələr işlədib. O, "əgər mənə MHP içində "paralel layihə” deyirlərsə, onda belə çıxır ki, təşkilatın başında duran Baxçalı da "paralel”dir” deyib. Akşenerin sözü millətçi hərəkata və sədr Baxçalıya qarşı təhqir kimi dəyərləndirilib. Ona qarşı irəli sürülən əsas ittihamlardan biri budur. Həmçinin, Akşenerin Baxçalı üçün kinayə məqsədi ilə söylədiyi "Abbas yolçudur”, "tarzan təhlükədədir” sözləri də təşkilatdan getməsində mühüm rol oynayıb. Bundan başqa, Akşenerin ayrıca bayramlaşma tədbiri keçirməsi də MHP-nin vahid mexanizminə təhlükə kimi görülüb. Onun Gülən camaatına yaxın şəxslərlə yaxın olması və "darbəcilər”in səsləndirdiyi şüarları dilə gətirməsi də təşkilatdan çıxarılmasına təkan verib.
"FETÖ ilə heç bir əlaqəm olmadı”
Özünə 38 səhifəlik müdafiə mətni hazırlayan Akşener ittihamları qəbul etməyib və FETÖ ilə yaxınlıq iddialarına sərt cavab verib. O, hərbi çevrilişi həyata keçirən güclərlə və onlara dəstək verənlərlə heç bir bağlılığının olmadığını ifadə edib: "Əgər əlində bununla bağlı sübutu olan varsa, gətirib məhkəməyə təqdim etsin. Mənə iftira atırlar. Rəqibim və onu müdafiə edənlər mənə böhtan yağdırır, gözdən salmağa çalışırlar. Amma ədalət öz yerini tapacaq”.
"Qərarın gözümdə dəyəri yoxdur”
Meral Akşener müdafiəsində deyib ki, haqqında partiyaya imzasız məktub göndərənləri, onu qaralayanları həqiqi ülkücülər heç vaxt unutmayacaq: "Haqqımda verilən ixrac qərarını tanımıram. Çünki mən indiki başqanı leqal rəhbər kimi qəbul edirəm. Ona görə də onun verdiyi qərar qanunsuzdur. Təslim olmayacam, məhkəməyə gedəcəm və sona qədər mübarizə aparacam”.
Qurultay necə olacaq?
Xatırladaq ki, Akşenerin partiyadan çıxarılması ilə onun apardığı qurultay davası da sona çatdı. Akşenerlə birgə hərəkət edən digər 3 müxalif namizədin bundan sonra necə davranacağı isə məlum deyil. Partiya kulislərində "növbədənkənar qurultay davasının bitdiyini” deyirlər. Ancaq Akşener qurultayın reallaşması üçün əlindən gələni edəcəyini deyib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media