Dövlət Baxçalı Rusiyanı qeyri-səmimilikdə ittiham edib
10:13 12.02.2017
Arxiv
704
Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Rusiya qırıcı təyyarəsinin Suriyanın Əl-Bab şəhəri yaxınlığında da Türkiyə hərbçilərinin olduğu binanın bombalaması və k4 əsgərin şəhid olmasına sərt reaksiya verib.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, D. Baxçalı deyib ki, Rusiya əsgərləri şəhid edir, sonra da "pardon” deməklə kifayətlənir.
MHP lideri Rusiyanın daha sonra Türkiyə Silahlı Qüvvələrini yanlış koordinat verməkdə günahlandırdığını bildirib: "Rusiya əvvəlcə əsgərlərimizin olduğu binanın vurulmasının bir qəza olduğunu açıqladı. Ancaq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlaması Rusiyanın hadisə ilə bağlı izahının yanlış olduğunu ortaya qoydu. Rusiyanın olaya görə məsuliyyəti Türkiyə Silahlı Qüvvələrinin üzərinə qoymağa çalışması yaxşı niyyətdən qaynaqlanmır, əxlaqi baxımdan da düzgün deyil. Rusiyanın məqsədi nədir, nə etməyə çalışır? Bir pilotun ölümü ilə Rusiya Türkiyə ilə münasibətləri dayandırmaq nöqtəsinə gətirmişdi. İndi Rusiya əsgərlərimizi şəhid edir, "pardon” deməklə kifayətlənir. Üstəlik, daha sonra da Türkiyə Silahlı Qüvvələrini günahlandırır. Bu, ayıbdır. Türkiyənin məsələyə reaksiya verməməsi necə gözlənilə bilər? PKK-nı terror təşkilatı saymayan Rusiya hakimiyyəti ölkəmiz qarşısında düşmən olmaq məsələsində adətən, istəklidir. Şəhidlərimizin hesabı mütləq soruşulmalıdır”.
D. Baxçalı Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fərat qalxanı’ əməliyyatının artıq hədəfinə çatmalı olduğunu vurğulayıb: "İŞİD terror təşkilatı Əl-Babdan çıxarılmalıdır. Dualarımız qəhrəman əsgərlərimizlədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi