Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ münaqişəsi indiki nəslin dövründə öz həllini tapmalıdır"
22:49 10.05.2016
Arxiv
284
"Dağlıq Qarabağ qanlı münaqişədir və bu problem indiki nəslin dövründə öz həllini tapmalıdır. Bu münaqişəni tez bir zamanda həll etmək lazımdır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutski bildirib.
Onun sözlərinə görə, Rusiya parlamentariləri və diplomatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində rəsmi diplomatiyanı dəstəkləməyə çalışırlar: "Biz bu işi davam etdiririk. Lakin bu mürəkkəb problemdə əsas rolu xarici siyasət idarələri və əlbəttə ki, münaqişə dövlətlərinin və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri oynayır və bundan sonra da oynayacaq. Kiçik bir yanlış hərəkət qan tökülməsinə səbəb ola bilər.
Biz hesab edirik ki, Minsk Qrupu formatı əvvəlki kimi regionda sülhü mümkün qədər qorumaq üçün rasional və səmərəlidir. Lakin bununla yanaşı başa düşürük ki, 7 yaşı tamam olan Madrid prinsipləri hələ ki həyata keçirilməyib, əsas addımlarla bağlı münaqişə tərəflərinin vahid anlayışı yoxdur. Nizamlanmanın kağız üzərində deyil, real şəkildə başlanılması üçün, ilk növbədə, bu addımlar atılmalıdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi gedir. Lakin bu tez və istədiyimiz kimi baş vermir. Buna baxmayaraq, proses gedir, dayanmır, geriləmir. Siyasətçilər əlindən gələni edirlər ki, bu mürəkkəb problem həll olunsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm