Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi




Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.  "Sherg.az"AzərTAc-a istinadən xəbər verir ki, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:


Komissiyanın sədri


Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri


Komissiyanın üzvləri


Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini


Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti


Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri


Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri


Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri


Samir Nuriyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri


İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti


İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti


İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri


Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi


Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru


Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru


Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru


Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi


Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi


Altay Hacıyev – xalq rəssamı


Arif Məlikov – xalq artisti


Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri


Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri


Mövlud Süleymanlı – xalq yazıçısı


Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri.