Dövlət Sərhəd Xidmətinin rəisi: "8 ayın içində 40 min insan məhv edilib"
10:20 25.05.2019
Arxiv
755
"Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq "AzÇEKA" kimi tanınan Fövqəladə Komissiyanın, "NKVD" adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada "Siyasi Repressiya Qurbanları Muzeyi"nin yaradılması tarixin tələbidir. Dahi Öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci illərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına "xalq düşməni", "Vətən xaini" damğası vurularaq, görkəmli ziyalı və mütəfəkkirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qalıblar".
Bu fikirləri Dövlət Sərhəd Xidməti (DSX) aparatının inzibati binasında DSX rəisi general-polkovnik Elçin Quliyev səsləndirib. "Düşünülmüş surətdə təhlükəsizlik orqanlarında, xüsusən də ölüm hökmləri çıxaran üçlüklərin tərkibində yerləşdirdirilən erməni daşnakları tərəfindən millətimizin qabaqçıl simaları, sözün əsl mənasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sürgünlərinə məhkum edilib, neçə-neçə nəsillərin ən layiqli nümayəndələri yaşayıb-yaratmaq imkanından məhrum olunblar" - deyə o bildirib.
Generalın sözlərinə görə, həmin illərin statistik rəqəmlərinə dərindən nəzər saldıqda, dövlətin repressiya məngənəsi altında nə qədər say-seçmə azərbaycanlının məhv edilməsi, nə qədər Vətən övladının gələcəyinin üzərindən xətt çəkildiyini təsəvvür etmək, həmin dövrün dəhşət doğuran həqiqətlərini dərk etmək mümkündür: "Rəsmi rəqəmlərə görə 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək AzÇEKA tərəfindən 40 min soydaşımız məhv edilib, 1934-1938-ci illərdə Daxili İşlər Xalq Komissarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəzasına məhkum edilib. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komissarı, 49 rayon partiya komitəsinin katibi, 29 rayon İcraiyyə komitəsinin sədri, 57 zavod və mədən direktoruı, 95 mühəndis, 110 hərbi qulluqçu, 207 partiya və həmkarlar ittifaqı işçisi, 8 professor həbs edilib, əksəriyyəti güllələnib. Ümumiyyətlə, 1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən artıq olub, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün edilib". (Sputnik.az)
E.Quliyev qeyd edib ki, həmin illərdə dəyərli Vətən övladlarının ən ağrılı, ən məşəqqətli günlərinin şahidi olan bu binanın milli dövlətçilik tariximizdə böyük rolu var: "Çünki 1950-ci ildən 1969-cu ilədək Dahi Öndər Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə çalışdığı, həmin Komitəyə rəhbərlik etdiyi illərdə məhz bu binada işləyib, Azərbaycanın gələcəyinə hesablanmış taleyüklü ideyaları bu binada düşünmüş və həyata keçirməyə başlayıb".
"Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarının milli maraqlara zidd fəaliyyətinə son qoyulmasına yönəlmiş fədakar xidmətləri nəticəsində, vaxtilə şəhər sakinlərinin yanından qorxu ilə keçdikləri, azərbaycanlılara qarşı "qırmızı terror"un simvolu olan bu binada hazırda müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyininin əsas göstəricilərindən birinin – dövlət sərhədlərinin toxunulmazlığına cavabdeh olan dövlət orqanı – Dahi Öndərin 2002-ci ildə yaratdığı Dövlət Sərhəd Xidməti yerləşir" - DSX rəisi vurğulayıb.
"2005-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu binada Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə döyüş bayraqlarını təqdim etməsi Azərbaycan sərhədçilərində böyük ruh yüksəkliyi yaradıb. Bununla yanaşı, bu tədbirin daha böyük bir əhəmiyyəti də olub - müstəqil Azərbaycan Respblikasının Prezidentinin, Silahlı Qüvvələrinin Ali Baş Komandanının gəlişi şərəfinə bu binanın sıra meydanında 1919-cu ildə yazılmış dövlət himninin səslənməsi ilə Vətənin azadlığı uğrunda mübarizələrinə görə, vətənpərvərliklərinə görə repressiya qurbanı olmuş Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Yusif Vəzir Çəmənzəminlinin, Salman Mümtazın, Tağı Şahbazinin, Əli Nazimin, habelə həmin dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın və digərlərinin ruhları şad olmuş və rahatlıq tapıb" - o, əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou