“Yeganə yolumuz beynəlxalq qurumların ədalətsizliyini hər fürsətdə gündəmə gətirmək, onları girovlarımızla bağlı addım atmağa məcbur etməkdir”
Dünya “ağzına su alıb”
22:34 29.11.2017
Arxiv
1037
3 ilə yaxındır ki, iki soydaşımız girovluqda saxlanır
“Yeganə yolumuz beynəlxalq qurumların ədalətsizliyini hər fürsətdə gündəmə gətirmək, onları girovlarımızla bağlı addım atmağa məcbur etməkdir”
“Yeganə yolumuz beynəlxalq qurumların ədalətsizliyini hər fürsətdə gündəmə gətirmək, onları girovlarımızla bağlı addım atmağa məcbur etməkdir”
"Ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub, iş davam edir”. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Eldar Səmədov bildirib. Lakin Komissiya rəsmisi təəssüflə vurğulayıb ki, Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində girovların bu günə kimi azad olunmasına nail ola bilməmişik:
"İnanıram ki, ölkə rəhbərliyinin başçılığı ilə bu məsələnin öhdəsindən gələcəyik”. Bütün cəhdlərə baxmayaraq, girovların azad edilməsinin yubanması ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib ki, əslində kəlbəcərli soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin nümunəsində beynəlxalq təşkilatların nə qədər əhəmiyyətsiz olduğunun əyani şahidi oluruq. Partiya funksionerinin sözlərinə görə, beynəlxalq təşkilatlar bütün günü verdikləri bəyanatlarda, çıxışlarda özlərini insan hüquqlarının "müdafiəçisi” kimi təqdim edirlər:
"Amma 3 ilə yaxındır ki, hər iki soydaşımız girovluqda saxlanılır. Onların ailələrinə yazdıqları məktublardan açıq şəkildə görmək olur ki, hər ikisi ağır şəraitdə, işgəncəyə məruz qalırlar. Lakin bu günə kimi dünyanın ən aparıcı beynəlxalq qurumları məsələyə toxunmayıblar. Sanki Dilqəm Əsgərovu və Şahbaz Quliyevi görmürlər. Yaxud da özlərini görməməzliyə vururlar. Ancaq Azərbaycan əsgərinin öz sərhədini qoruması üçün müharibə şəraitində apardığı adi təlimi dərhal gündəmə gətirirlər, müharibənin yolverilməz olduğunu deyirlər. Azərbaycan tərəfinə təzyiq edirlər ki, sərhəd boyu yerləşdirdiyimiz snayperləri geri çəkək. Yəni snayperlərimizi görürlər, ancaq haqlı çağırışımıza səs vermirlər. Təsəvvür edin, bu gün bunun əksi baş versəydi, Azərbaycan Ermənistanın 2 mülki vətəndaşını girov saxlasaydı, bütün dünya üzərimizə "yürümüşdü”. Bu fakt bir daha onu göstərir ki, bu qurumların Azərbaycana ikili yanaşması var”.
Politoloq bildirib ki, yeganə yolumuz bu qurumların ədalətsizliyini hər fürsətdə gündəmə gətirmək, onları girovlarımızla bağlı addım atmağa məcbur etməkdir:
"Daim bu məsələni diqqətdə saxlamalıyıq. Bütün beynəlxalq tədbirlərdə problemin həlli üçün Ermənistana təzyiq edilməsini tələb etməliyik. Yəqin ki, günün birində insafa gəlib Ermənistana çağırışlar edəcəklər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya