"Çünki heç bir canlının üzərinə ətrafdan basqılar yoxdur. Heç kim onlara demir ki, bunu etmə, belə geyinmə, elə danışma, filankəsə ərə get, filankəsi al”
"Dünya elə gözəl yaşanmalı yerdir ki..." - Aysel Əlizadə danışır
"Təbiətdə insandan başqa heç bir canlı intihar etmək haqqında düşünmür"
"Çünki heç bir canlının üzərinə ətrafdan basqılar yoxdur. Heç kim onlara demir ki, bunu etmə, belə geyinmə, elə danışma, filankəsə ərə get, filankəsi al”
"Çünki heç bir canlının üzərinə ətrafdan basqılar yoxdur. Heç kim onlara demir ki, bunu etmə, belə geyinmə, elə danışma, filankəsə ərə get, filankəsi al”
"İnsan tək başına xoşbəxtdirsə, niyə evlənməyə məcbur edirik? !"
"Fərd anlayışımız yoxdur, insanlar öncə özü-özü ilə tək xoşbəxt olsun gərək. Öz içində, çölündə uyum olsun. Yoxsa heç vaxt heç kimlə xoşbəxt ola bilmir"
"Bəlkə də intihar, həmin qızın qurtuluşu olub"
"Əvvəlki nəsil ailə modeli, indiyə qədər tanıdığımız valideynlərin xarakteri Azərbaycanın ən böyük problemidir”.
Bunu"Sherg.az”a qızların zorla evləndirilməsinin fəsadlarından danışarkən yazar Aysel Əlizadə söyləyib. Xanım yazar bir müddət əvvəl yazdığı "Evimizdəki diktator – atamız” yazısını xatırladıb və diktator ataların, cahil anaların övladların həyatında ciddi mənfi izlər buraxdığını vurğulayıb:
"Ailədə məsuliyyət, uşaqların böyüdülməsi tək ananın üzərində olmalı deyil. Övlad hər iki şəxsin öhdəliyindədir. Ailədə övlada basqı, mənəvi terror bəlkə də xalqın birinci problemidir. İnsanı nə həddə çatdırmalısan ki, intihar etsin? Bu, adi problem deyil, üzərində ciddi düşünülməsi gərək olan məsələdir.
Hər birimizin içində potensial intiharçı ola bilər. Maddi problemlər, ehtiyac, yoxsulluq – hamısı bəhanədir. Ən öndə gələn səbəb psixoloji faktorlardır. Mental basqı, daşlaşmış stereotiplərin həyatımıza ötürdüyü gərginlik bizi intihar həddinə çatdırır. İntihar edən insan affekt halına gəlir. Şüursuzluq vəziyyətinə girir. Dünyanı qəbul etmək gücündə olmur. Halbuki dünya elə gözəl yaşanmalı yerdir ki...
Təbiətdə insandan başqa heç bir canlı intihar etmək haqqında düşünmür. Çünki heç bir canlının üzərinə ətrafdan basqılar yoxdur. Heç kim onlara demir ki, bunu etmə, belə geyinmə, elə danışma, filankəsə ərə get, filankəsi al”.
42 yaşlı qadının zorla ərə verildiyinə görə, intihar etməsinə toxunan A. Əlizadə bu yaşda insanlara göstəriş verilməsini, onların nəyə isə məcbur edilməsini kəskin tənqid edir:
"Mənim qızımın 8 yaşı var, ona göstəriş verməyi özümə sığışdıra bilmirəm. Hər qərarını özünün verməyini istəyirəm, çünki seçərək, baxaraq, öyrənir.
İnsan eqosunu aşmalıdır, bu, bizi bədbəxt edir. İntihar edən qadının atası öz eqosunu aşsa idi, ətrafın dediklərinə önəm verməsə idi, qızının həyatını məhv etməzdi. Həmin ata qızını düşünmür, sadəcə öz eqosunu düşünür. Desinlər ki, filankəsin qızı ərə getdi. İnsan tək başına xoşbəxtdirsə, niyə evlənməyə məcbur edirik? Fərd anlayışımız yoxdur, insanlar öncə özü-özü ilə tək xoşbəxt olsun gərək. Öz içində, çölündə uyum olsun. Yoxsa heç vaxt heç kimlə xoşbəxt ola bilmir.
Azərbaycan insanı xoşbəxtliyi mifə çevirib. İnsanlar az qala əmindilər ki, xoşbəxtlik yoxdur. Boş şeydir. Bu, yanlış düşüncədir. Başdan-başa saxtadır. Xoşbəxtlik var! Baxın, uşaqlar öz hallarında necə xoşbəxtdirlər. Böyüdükcə cəmiyyət ona basqılar qoyur, beynini doldurur, ona görə insan bədbəxt olur.
Hamı övladı ilə uğraşır, insanların öz həyatı yoxdur. Qızının intihar etməsinə səbəb olan atadan soruşsan ki, bütün günü qızına ağıl verirsən, bəs sənin həyatın nədən ibarətdir? İnanın, cavab verə bilməyəcək. Valideyn övladından kənarda özünə həyat qura bilmir, amma ona bütün günü ağıl verir”.
Aysel Əlizadə vurğulayıb ki, cəmiyyətdə anti-intihar təbliğatları aparılması şərtdi:
Bu təbliğatın hədəf nöqtəsi isə ilk növbədə valideynlərdir. İnsanın ən böyük problemi elə ailəsindən gəlir. Əslində ailə anlayışının bu qədər önə çəkilməsi, öyülməsi də zərərlidir. Biz varlığı bir kənara atır, ailəni önə çəkirik. Ona görə, internatlarda, uşaq evlərində böyüyənlər cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkir. Ailə institutunu "iqnor” etmək fikrim yoxdur. Sadəcə cəmiyyətə zəhər ifraz edən birlikdəliklər, qeyd etdiyim kimi diktator atalar, cahil analar cəmiyyətin ən böyük problemidir.
Bəlkə də intihar, həmin qızın qurtuluşu olub. Təbii ki, başqa çıxış yolu olsa, qadın intihar etməzdi. Görün, bu hadisə cəmiyyətə nə qədər neqativ ötürür. Bir atanın düşüncəsizliyindən bütün cəmiyyət əziyyət çəkdi”.
İntihar qərarı alan şəxslərin ictimai məkanları, metrostansiyaları seçməsinin səbəblərinə gəlincə, xanım yazar bu hadisə ilə qarşılaşan insanların psixoloji şok keçirə biləcəyini düşünür:
"Metroda uşaqlar, yaşlılar, hamilə qadınlar da olur. Görün, bu faciəni müşahidə edən nə qədər insan travma aldı. İnsanlara neqativlər ötürmək haqqımız yoxdur. Başqalarına ziyan vermədən yaşamaq, ölmək gərəkdir”.
Qeyd edək ki, Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı bir neçə gün əvvəl özünü metro qatarının altına ataraq, intihar edib. Sosial şəbəkələrdə yayılan məlumata görə, qadın cibində qoyduğu məktubda intiharına görə atasını günahlandırıb. Məktubda bunlar yazılıb: "Ölümümə görə atamı günahlandırın. Yaşım keçib deyə, atamın dostu Fərruxa ərə gedə bilmərəm”.
Aysel Aslan