Dünya mətbuatı Lapşinin ekstradisiyasından yazdı
20:59 08.02.2017
Arxiv
1004
Bloggerin təhvil verilməsi beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib
Dağlıq Qarabağa Azərbaycan hökumətindən icazəsiz dəfələrlə səfər etmiş blogger Aleksandr Lapşinin Minskdən Bakıya gətirilməsi dünya mətbuatının diqqət mərkəzində olub. Blogerin təhvil verilməsi ilə bağlı Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, İsrail, Ermənistan və Avropa mətbuatında xəbərlər tirajlanıb.
Türkiyənin "Haberler.com”, "Milliyet.com”, "İha.com” və digər nüfuzlu agentlikləri "Dağlıq Qarabağa icazəsiz səfər etmiş rus blogger Azərbaycana təhvil verildi” başlıqları ilə Lapşinin Azərbaycana verilməsini ölkəmizin uğuru kimi dəyərləndiriblər. Rusiya və İsrail mətbuatı da Lapşinin Azərbaycana gətirilməsini geniş şəkildə işıqlandırıb.
İsrailin əksər mətbuat orqanları Lapşinlə bağlı xəbərləri "Rusiya, İsrail və Ermənistanın etirazlarına baxmayaraq, Belarus Lapşini Azərbaycana təhvil verdi” kimi cümlələrə təqdim edib. Lapşinin Azərbaycana təhvil verilməsinə açıq etiraz edən Rusiya mətbuatı bloggerin xüsusi təyyarə və qandallı şəkildə xüsusi təyinatlı qrup tərəfindən gətirilməsinə diqqət çəkib. Ermənistan mətbuatı isə Lapşinin Azərbaycana təhvil verilməsi ilə Dağlıq Qarabağa turist səfərlərinin azalacağına diqqət çəkib. Mətbuat Qarabağa səfər edən xarici ölkə vətəndaşlarının bundan sonra ikinci dəfə düşünəcəyini yazıb. Şübhəsiz ki, Azərbaycan və Belarus hakimiyyətlərinin qətiyyətli addımları nəticəsində cəzalandırılan Lapşin Qarabağa qanunsuz səfər etməyə hazırlaşan xarici ölkə vətəndaşlarına və siyasi fəallarına dərs olacaq.
Rusiya Lapşinə görə Lukaşenkodan küsdü
Moskva Minskin Rusiya vətəndaşı Aleksandr Lapşini Azərbaycana verməsindən məyus olub. Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Nazirliyin bəyanatında vurğulanıb ki, "Rusiya tərəfi Belarus Baş Prokurorluğunun blogger Aleksandr Lapşini Azərbaycana verməsindən dərin təəssüf hissi keçirir. Bu qərar Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinə ziddir. Biz bundan sonra da bütün vasitələrlə Rusiya vətəndaşının öz ailəsinin yanına tez qayıtması üçün lazım olan hüquqi dəstəyi verəcəyik”.
Kremldən Lapşin açıqlaması...
Belarusdan Azərbaycana ekstradisiya edilmiş blogger Aleksandr Lapşinə görə, Bakı ilə danışıqlar aparılmasa da, müdafiəsi üçün hüquqi tədbirlər görülür. Bu haqda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Putinin sözçüsü deyib ki, danışıqlar aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
İsrail prosesləri izləyir
İsrail Azərbaycana ekstradisiya edilən blogger Aleksandr Lapşinin işi ilə bağlı məsələni diqqətlə izləyir. Bunu İsrail XİN-in rəsmi nümayəndəsi Emmanuel Naxşon bildirib. O deyib ki, Təl-Əviv
Lapşinin işinin necə cərəyan etməsini diqqətlə izləyir: "Diplomatik kanallar və konsulluq vasitəsilə tərəflərlə əlaqədəyik”.
"Belarusda Lapşinin işinə üç instansiyada baxılıb”
"İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov deyib ki, Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib: "Azərbaycanla Belarus arasında cinayətkarların ekstradisiyası barədə saziş mövcuddur. Lapşin ilk növbədə qanun pozuntusu edib. Buna əsasən də Azərbaycan İnterpola onun saxlanması barədə müraciət edib. Belarus sərhədçiləri onun axtarışda olmasına reaksiya göstərib və onu saxlayıblar”.
V.Bayramov xatırladıb ki, Belarusda Lapşinin işinə üç instansiyada baxılıb və onun ekstradisiya qərarı qanunauyğun hesab olunub:
"Azərbaycan onun verilməsini hüquq normalarına uyğun tələb edərək bir daha nümayiş etdirdi ki, hüquq dövlətidir. Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən bütün şəxslərə bir xəbərdarlıq olmalıdır. Lapşin Qarabağa sadəcə səfər etsəydi, onun adı Azərbaycana girişi qadağan edilən şəxslərin qara siyahısına salınacaqdı. Amma Lapşin Qarabağa səfərindən sonra Ukrayna pasportundan istifadə edərək Azərbaycana gəlib. Bundan başqa o, Azərbaycan barəsində qeyri-obyektiv informasiyalar paylaşıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol