Azad İsazadə intiharların azalmasının bir səbəbini də müxtəlif firmaların depressiyaya qarşı həddindən artıq dərman istehsal etdiyində görür
Dünyada intihar hallarının sayı azalıb
09:09 10.01.2019
Arxiv
736
Özünəqəsdin ən pik həddi 1994-cü ildə olub
Azad İsazadə intiharların azalmasının bir səbəbini də müxtəlif firmaların depressiyaya qarşı həddindən artıq dərman istehsal etdiyində görür
Azad İsazadə intiharların azalmasının bir səbəbini də müxtəlif firmaların depressiyaya qarşı həddindən artıq dərman istehsal etdiyində görür
Dünyanın bütün ölkələri üzrə intihar hallarının statistikası göstərir ki, könüllü surətdə həyatdan köçmək istəyənlərin sayı azalıb."Newsland.com” saytı xəbər verir ki, azalma xüsusilə Rusiyada müşahidə olunur. Statistikaya görə, intihar hallarının çoxu insanın düşdüyü çarəsiz vəziyyətlə bağlıdır. Özü də insanları intihara çox vaxt alkoqollu içkilər sürükləyir.
Hazırda alkoqollu içkilər az içildiyi üçün özünə qəsd etmək istəyənlərin sayı da azalıb. İnsanlar üçün idmanla məşğul olmaq ümidsizliyi və çarəsizliyi, meyvə-tərəvəzdən hazırlanmış qatı içkilər - smuzilər keyfiyyətsiz alkoqollu içkiləri əvəzləyib. İntihara meyilli adamlar idman zallarına getməyə, alkoqollu içkilər yerinə dadlı meyvə-tərəvəz şirələri içməyə üstünlük verirlər. Lakin intihar hallarının azalması belə halların kökünün tamamilə kəsilməsi demək deyildir.
Hazırda bütün dünyada intihar halları 1994-cü illə müqayisədə 38 faiz azalıb. Burada həm iqtisadi inkişaf, həm də sosial sahədə müsbət dəyişikliklər rol oynayıb.
Əhalinin zəhərli maddələrdən mühafizə olunması da vəziyyəti yaxşılaşdırıb. Bu, xüsusilə Çində müşahidə olunub. ABŞ-da silah satışı geniş yayıldığı üçün odlu silahla intihar hadisələri daha çoxdur. Çində intihar etmək istəyənləri adi dərman qablaşdırması bu işdən çəkindirir. Qablaşdırmanı açmaq çoxlu vaxt apardığı üçün intihara qalxan insanın düşünməyə imkanı olur.
Dünya KİV-ləri də məsələyə ehtiyatla yanaşır, intihar üsullarından yazmır, oxucuları intihar fikrindən daşınmağa, çətin vəziyyətlərdə bir-birini dəstəkləməyə və dara düşən insana yardım əli uzatmağa çağıran materiallar yayırlar.
Statistik göstəricilərə baxmayaraq dünyada intihar hallarının azalması çoxlarına inandırıcı gəlmir.
Psixoloq Azad İsazadənin "Şərq”ə açıqlamasına görə, intihar hallarının real statistikasını aparmaq çox çətindir. Onun sözlərinə görə, bu, sosioloji araşdırmadır.
Psixoloqun fikrincə, dünyada intiharların sayının azalması o qədər də inandırıcı deyil: "Statistik göstəricilərə əsasən könüllü intiharların sayı azalıb. Deməli, araşdırma aparılanda könüllü intihar etməyən insanların da olduğu müəyyən olunub. Bəzən ölümlə nəticələnən intiharlardan başqa, intihar etmə cəhdləri də olur. Əslində bu cəhdlər də intihar kimi qiymətləndirilməlidir. Çünki kimsə könüllü şəkildə intihar etmək istəyir, amma onun həyatını xilas edirlər. Ona görə statistikaya inanmaq da olar, inanmamaq da. Ola bilər ki, hansısa intiharların sayı azalıb. Məsələn, ölümlə nəticələnən intiharlar. Yəni kimsə intihara cəhd edən zaman ona vaxtında yardım göstərilib”.
Bütün dünya ölkələrinin intihara qarşı mübarizə apardığını deyən A.İsazadə intiharların azalmasının bir səbəbini də müxtəlif firmaların depressiyaya qarşı həddindən artıq dərman istehsal etdiyində görür:
"Hər il belə dərmanların yeni növləri olur. Bu, istər-istəməz depressiv insanlara müsbət təsir edir. Amma inanmıram ki, bütün dünyada intiharların sayı həddindən artıq azalsın. 1994-cü illərdə xüsusilə Rusiyada sosial vəziyyət daha çətin idi. Eyni zamanda ölkəmizdə də mövcud vəziyyət ağır idi. Maaşların azlığı, ərzaqların tapılmaması insanların depressiyada olması ilə nəticələnirdi. Ola bilər ki, hansısa illərlə müqayisədə bu il intiharların sayında azlıq müşahidə olunsun. Ümumiyyətlə, intihar hallarının dalğavari dövrü olur. Bəzən çoxalır, bəzən isə azalır. Bu səbəbdən intiharların statistikasını tam olaraq aparmaq olduqca mürəkkəbdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm
Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
13:44 23.10.2026
Hərbi
Şenol Günəşdən Sergen açıqlaması: “...Zaman göstərəcək”
13:32 23.10.2026
Futbol