Aprel döyüşlərindən sonra Ermənistanı 3 ay ərzində 60 mindən çox erməni birdəfəlik tərk edib
Düşmən müstəqilliyini itirib
07:05 23.06.2017
Arxiv
425
Ermənistanda gələcək yoxdur, ölkəni tərk edirlər
Aprel döyüşlərindən sonra Ermənistanı 3 ay ərzində 60 mindən çox erməni birdəfəlik tərk edib
Aprel döyüşlərindən sonra Ermənistanı 3 ay ərzində 60 mindən çox erməni birdəfəlik tərk edib
Dağlıq Qarabağ münaqişəsi fonunda işğalçı ölkəni tərk edən ermənilərin sayı durmadan artır. Parlamentin "Çıxış” blokundan olan deputatı Artak Zeynalyan həyəcan təbili çalaraq ermənilərin kütləvi şəkildə ölkəni tərk etdiyini deyib. Erməni deputat bildirib ki, Ermənistan dövləti yoxsulluq səviyyəsinin azaldılması istiqamətində təşəbbüs göstərə bilmir:
"Ermənistan mühacirlər və cəzalandırılmışlar ölkəsi olmamalıdır. Bizdə iqtisadi inkişafdan çox danışılır, amma heç kim gözəçarpan nəticə görmür. Belə çətin vəziyyətdə isə psixoloji təzyiq artır”. Zeynalyan vurğulayıb ki, hazırda Ermənistan əhalisinin 47 faizi, yəni yarısı ölkəni tərk etməyə hazırlaşır. "Gallup” təşkilatının 2013-2016-cı illərdə apardığı araşdırmalar nəticəsində də məlum olub ki, Ermənistan öz ölkəsini tərk etmək istəyən vətəndaşlarının sayına görə dünyada ön sırada dayanır. Avropa ölkələrində sığınacaq almaq istəyən ermənilərin bunun üçün uydurduqları bəhanələrin bir qismi də məlum olub. Siyasi təqiblərə məruz qaldığını iddia edən çoxsaylı vətəndaş qrupundan sonra ikinci ən geniş yayılmış bəhanə qarışıq nikahlarla bağlıdır. Ancaq şübhə yoxdur ki, Ermənistanın boşalmasının əsas səbəbi siyasi təzyiqlərlə yanaşı, dözülməz iqtisadi böhrandır. Bütün bunlar onu deməyə əsas verir ki, dövlətçiliyini gücləndirən, iqtisadi və hərbi imkanlarını artıran Azərbaycan dövlətinin yürütdüyü Ermənistanı təcridetmə siyasəti öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, mütəmadi olaraq Ermənistanın cəbhə xəttində yaratdığı təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması nəticəsində baş verən toqquşmalar, müharibə xofu erməniləri bu cür addımlar atmağa, canlarını götürüb qaçmağa vadar edir.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Ermənistan müstəqilliyini itirmiş bir əraziyə çevrilib. Deputat bildirib ki, işğalçı dövlət hərbi rejim tərəfindən idarə olunur:
"Düşmən ölkə işğal siyasəti nəticəsində siyasi və iqtisadi cəhətdən bərbad vəziyyətə düşüb. Ermənistanda mövcud olan iki-üç iqtisadi obyekt də Rusiyanın inhisarındadır. Ona görə də Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində yaşayan ermənilər xarabalığa çevrilmiş bir dövləti düşünmədən tərk edirlər. Məsələ ondadır ki, ermənilər normal yaşayış tələb edirlər, lakin təcavüzkar rejimin onlara normal həyat bəxş etmək imkanı yoxdur. Sarkisyan rejimi sadəcə öz ambisiyalarını həyata keçirməklə məşğuldur”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli də bildirib ki, aprel döyüşlərindən sonra Ermənistanı 3 ay ərzində 60 mindən çox erməni birdəfəlik tərk edib:
"Bu məlumat Ermənistanın rəsmi statistikasına əsaslanır. Proses artan xətlə davam edir. Məncə, bu proses Azərbaycanın Ermənistana qarşı yürütdüyü təcridetmə siyasətinin nəticəsidir. Bu, eyni zamanda, Azərbaycanın region dövlətləri ilə əməkdaşlığının nəticəsi kimi meydana çıxan prosesdir. Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycanın atdığı addımlar, ölkəmizin müttəfiqləri tərəfindən Ermənistana qarşı həyata keçirilən sanksiyalar öz nəticələrini verməkdədir”. Politoloq deyib ki, Ermənistanın iqtisadi cəhətdən rentabelli dövlət olmaması və faktiki olaraq işğalçılıq siyasəti nəticəsində iqtisadiyyatının iflasa uğraması ölkəni insansızlaşdıran əsas amillərdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual