Ədliyyə naziri beynəlxalq təşkilatlara müraciət etdi
16:37 05.06.2021
Arxiv
473
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədr və bütün digər üzv ölkələrinin ədliyyə nazirlərinə, BMT-nin və Avropa Şurasının insan hüquqları üzrə rəhbər vəzifəli şəxslərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciətlər ünvanlayıb.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müraciətlərdə 30 illik erməni işğalı altında olan torpaqlarımızın Vətən müharibəsində qələbəmizlə azad edildiyi, o cümlədən ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla 3 rayonun qaytarıldığı və 750 min məcburi köçkünün öz yurdlarına qayıtmasının nəzərdə tutulduğu qeyd olunub.
Lakin Ermənistan tərəfindən soydaşlarımızın geri qayıtmasına əngəl törətmək və mülki əhali arasında növbəti qurbanların olması məqsədilə ərazilərimizin minalandığı və bununla bağlı Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq Ermənistanın qeyri-insani davranaraq, beynəlxalq normaları, o cümlədən BMT-nin 1949-cu il Cenevrə və İnsan hüquqlarına dair 1950-cı il Avropa konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla mina xəritələrini qəsdən vermədiyi vurğulanıb.
Ermənistanın insanlığa qarşı bu cinayətkar əməlləri nəticəsində müharibədən sonra dinc sakinlər və sülhməramlılar olmaqla 140 nəfərdən çox şəxsin erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşdüyü və onlardan 27-nin həlak olduğu təəssüflə qeyd edilib. Bildirilib ki, sonuncu faciəvi hadisə isə iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda baş verib və minanın partlaması nəticəsində peşə vəzifəsini yerinə yetirən iki jurnalist olmaqla 3 nəfər həlak olub, bir neçə şəxs isə ciddi xəsarət alıb.
Bununla bağlı ədliyyə naziri xarici həmkarlarını və beynəlxalq insan hüquqları təsisatlarını müharibənin bitməsindən sonra insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması, həmçinin Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması naminə səslərini ucaldaraq, Ermənistanı mina xəritələrinin verilməsi ilə əlaqədar beynəlxalq öhdəliklərini hökmən yerinə yetirməyə təsir etməyə çağırıb.
Ədliyyə işçiləri iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olmuş həmvətənlərimizi anaraq xatirələrini bir dəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat