Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
08:38 16.09.2019
Arxiv
644
ABŞ İnkişaf Agentliyinin Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Qəbələ şəhərində “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” adlı təlim keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin QHT-lərlə iş şöbəsinin rəisi Səbinə Salmanova və ECSOFT layihəsinin nümayəndələri Məhəmməd Quluzadə və Əliməmməd Nuriyev Qəbələ şəhəri və ətraf 5 rayondan olan 20 QHT nümayəndəsinə qeyd edilən mövzuda təqdimatlar ediblər.
Tədbirin məqsədi region QHT-lərini “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn öhdəliklərlə tanış etmək və QHT-ləri maraqlandıran suallarını cavablandırmaq olub.
Ədliyyə Nazirliyinin nümayəndəsi Səbinə Salmanova ECSOFT layihəsi çərçivəsində nazirlik tərəfindən mövzuya aid QHT-lər üçün metodik vəsaitin hazırlandığını qeyd edib və yaxın günlərdə bu vəsaitin dərc olunmuş və fərdi elektron pəncərə vasitəsi ilə elektron versiyalarının QHT-lərə paylanılacağını vurğulayıb.
Oxşar tədbirlər Quba, Şirvan və Gəncə şəhərlərində də keçirilib. Yaxın zamanda Bakı şəhərində də tədbirin təşkil edilməsi planlaşdırılır. Tədbirlərdə iştirak etmək istəyən QHT-lərdən office@mgc.az ünvanına müraciət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou