Əfqanıstanda NATO konvoyuna hücum: ABŞ hərbçiləri həlak oldu




Əfqanıstanın Qəndəhar vilayətində "Taliban” hərəkatının silahlıları NATO qüvvələrinin konvoyuna hücum edib. Nəticədə iki ABŞ hərbçisi həlak olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

Pentaqon rəsmisi insidentin təfərrüatlarını açıqlamayıb.

Reuters agentliyinin məlumatına əsasən, sükan arxasında olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Terror aktına görə məsuliyyəti "Taliban” hərəkatı öz üzərinə götürüb.