Türkiyənin Hatay vilayətində zəlzələdən sonra həyatını əsasən telefon və kompüter qarşısında keçirən 25 yaşlı Barış Özbay üç aylıq müalicədən sonra evinə qayıdıb və yenidən əvvəlki həyatına dönüb.
Sherg.az xəbər verir ki, 2023-cü il zəlzələlərində evini və yaxınlarını itirən Özbay universitet təhsilini yarımçıq qoyaraq virtual aləmə çəkilib. Xəstəxanada üç ay müalicə aldıqdan sonra ona verilən dərmanları qəbul etməkdən imtina edib və gününü telefonla keçirir.
Özbay “sağalmaq istəmədiyini” bildirərək həyatını dəyişmək üçün heç bir səbəb görmədiyini deyib. O, iki aydan artıqdır duş qəbul etmədiyini, evdən və hətta həyətə çıxmaq istəmədiyini də bildirib.
25 yaşlı gənc telefon və oyunların həyatına təsir etdiyini qəbul etsə də, əsas səbəbin bunun olmadığını düşünür. O, hazırkı həyatından məmnun olduğunu və evdə qalmağın ona kifayət etdiyini söyləyib.